“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Tarix 01.07.25, 20:06

Font ölçüsü : - / +
bitmap-img6


Ölkədə fəaliyyət göstərən bəzi özəl klinikalarda vətəndaşlara qarşı qeyri-rəsmi maliyyə münasibətləri və insan hüquqlarını pozan hallarla bağlı yeni bir qalmaqallı hadisə üzə çıxıb. Bu dəfə narazılıq “Dəniz” Hospitalda baş verib.

Tribunainfo.az xəbər verir ki, estetik əməliyyat üçün “Dəniz” Hospitala müraciət edən Ruhanə Allahverdiyeva adlı qadın təəccüblü və hüquqi baxımdan mübahisəli bir vəziyyətlə üzləşib. O, əməliyyat üçün əvvəlcədən müəyyən qədər ödəniş etsə də, qalan 600 manat məbləği çatmadığı üçün özünə məxsus qızıl-zinət əşyalarını girov qoymağa məcbur olub.

İddialara görə, xəstəxananın təsisçisi kimi təqdim olunan Fidan adlı bir şəxs Ruhanə Allahverdiyeva ilə “müqavilə” bağlayaraq 8.000 manatlıq qızılları cəmi 600 manat əvəzinə qəbul edib. Əməliyyatı isə Sadiq adlı həkim həyata keçirib.

Əməliyyatdan sonra çatışmayan 600 manatı ödəyən Ruhanə Allahverdiyeva, qızıllarını geri almaq istəyəndə isə gözlənilməz cavab alıb: qızıllar artıq lombarda qoyulub və qarşılığında 5.000 manat pul götürülüb.

Bu hadisə ilə bağlı Ruhanə Allahverdiyeva hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda Binəqədi Rayon Polis İdarəsində şikayət əsasında araşdırma aparılır. Məlumatı ilk olaraq jurnalist Sima Babayeva şəxsi sosial media hesabında yayıb.

Qeyd edək ki, bu cür hallar ölkədə ilk dəfə baş vermir. Təxminən 2016-cı ildə də oxşar hadisə, estetik əməliyyatla bağlı maddi zərərə uğrayan bir şəxs Araz Salmanov adlı cərrahın adı ilə gündəmə gəlmişdi və ölkə miqyasında rezonans doğurmuşdu.

Hadisə ilə bağlı “Dəniz” Hospitaldan rəsmi açıqlama almaq mümkün olmayıb.

Yazıda adları hallanan tərəflərin mövqeyini dərc etməyə hazırıq.



Xəbərin oxunma sayı : 358




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap