Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

Sumqayıtda dəhşətli qətl: Arvadı uşaqları ilə evi tərk etdi, anasını öldürdü

Tarix 15.11.24, 17:35

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt şəhərində 1983-cü il təvəllüdlü Mübariz Qəhrəmanov mübahisə zamanı anası Qəşəngülü qətlə yetirib.

Mübariz sərxoş vəziyyətdə 1959-cu il təvəllüdlü anası Qəşəngüldən pul istəyib. Anası ona pul verməkdən imtina edib, pis adamlara qoşulduğunu bildirib, təzəcə vəfat eləmiş atasının ünvanına nalayiq söyüşlər işlədib.

Mübariz qisas niyyəti ilə anasını öldürmək qərarına gəlib. 3 fevral 2024-cü ildə saat 11:00-da anasının yaşadığı mənzilə gəlib. Qonaq otağında Qəşəngülə 2007-ci il təvəllüdlü nəvəsinin gözü qarşısında bıçaq zərbələr vurub. Ümumilikdə 8 bıçaq xəsarəti alan qadın vəfat edib.

İstintaq orqanı tərəfindən Mübarizin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mübariz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Sumqayıt şəhəri 28 saylı orta məktəbin 11-ci sinfini bitirib, hərbi xidmətdə olmayıb: “Məktəbi bitirdikdən sonra fəhlə kimi fəaliyyət göstərmişəm. 2013-ci ildə Mənsudə ilə ailə həyatı qurmuşam. Bu nikahdan 2014-ci il təvəllüdlü Hüseyn, 2016-ci ildə Ayşə adlı övladlarımız dünyaya gəlib. Əvvəllər Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə məhkuml olunmuşam. Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdayam, şizofreniya xəstəliyindən əziyyət çəkirəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2013-cü ildə ailə həyatı qurduqdan sonra arvadı Mənsidə və anası Qəşəngüllə birlikdə yaşamağa başlayıb: “İlk vaxtlar ailə münasibətlərimiz yaxşı olsa da, sonralar mənim psixi problemləri yarandığından Mənsudə ilə aramızda tez-tez münaqişələr baş verirdi. Buna görə arvadım 2016-cı ildə övladlarımı da götürərək Hacıqabul rayonuna ata evinə getdi. Mənsudədən rəsmi olaraq boşandım.

Mənsudə məni tərk etdikdən sonra anamla yaşamışam. Arvadımın övladlarımı da götürərək ata evinə getməsi mənə çox pis təsir etdi. Həmin vaxtdan hər gün spirtli içki qəbul edərək yaşadığım evə gec gəlməyə başladım. Anam hər dəfə məni danlayaraq pis vərdişlərə qurşandığımı və düzgün olmayan insanlarla oturub-durduğumu deyib tənbeh etdi. Evə içib gəldiyimə, hər xırda məsələyə görə söz-söhbət yaratdığıma görə Qəşəngül mənimlə qalmaq istəmədi. Buna görə tez-tez bacım Sevilin yaşadığı evə getməli olurdu”.

Mübarizin sözlərinə görə, atası Əvəz 2022-cü ilin ortalarında vəfat edib: “Qəşəngül əvvəllər mənə tez-tez pul verib, hər qayğımla maraqlansa da, son zamanlar soyuq davranmağa başladı. Fevralın 3-dək bir neçə dəfə sərxoş vəziyyətdə gec evə gələrək anamdan pul istəsəm də, o, pul verməkdən imtina elədi, mənim pis adamalara qoşulduğumu söylədi, təəz vəfat etmiş atamın ünvanına nalayiq söyüşlər söydü. Bu hal bir neçə dəfə təkrarlandığından anamı öldürmək qərarına gəldim.

Qəşəngülün pul verməkdən imtina etməsi yox, bir neçə dəfə pis adamalara qoşulduğumu deyərək ölmüş atama nalayiq söyüşlər söyməsi mənə pis təsir etdi. Mən arada fəhləlik edərək gündəlik xərclərimi qarşılamışam, pula ehtiyacım olmayıb”.

Mübariz bildirib ki, saat 10:00-da anasını öldürmək məqsədilə evdən mətbəx bıçağını götürüb, paketə qoyaraq anasının yaşadığı evə gəlib: “Mən saat 11:00-da qapını döydüm. Qəşəngül qapını açdı. Ona “səninlə işim var” deyərək birlikdə mənzilin qonaq otağına keçdik. Qonaq otağının qapısını örtdüm. Lakin açarla bağlamadım. Qəşəngül mənə irad bildirərək “həmişə məni öpərdin, indi öpmədin” dedi. Sonra oturmağı təklif etdi. Mən tələsdiyimi, qısa müddətdə söhbət edərək gedəcəyimi dedim.

Anamdan nə üçün mənim pis adamalara qoşulduğumu söyləyərək ölmüş atamın ünvanına nalayiq söyüşlər söydüyünü soruşdum. O əsəbi olduğunu dedi”.

Mübarizin ifadəsinə görə, rəngli paketdən özü ilə gətirdiyi bıçağı götürüb, anasının qışqırmamağı üçün əli ilə ağzını tutub, sonra əlini bıçağa ataraq öncə qarın nahiyəsinə vurub: “Bıçaqla anamın boğazını kəsmək istədim. Anam buna mane olduğu üçün məqsədimə çata bilmədim. Boyun-boğaz nahiyələrinə bıçaqla zərbələr endirməyə başladım. Qəşəngül zərbələrin təsirindən yerə yıxıldı. Yerdə də iki bıçaq zərbəsi vurdum.

Qəşəngülün yerdə olarkən boğaz nahiyəsinə vurduğum iki bıçaq zərbəsinin səsinə bacım qızı Aytən gəldi. Aytən bıçağı əlimdən almaq üçün üzərimə gəldi. Lakin qorxub məndən uzaqlaşdı.

Daha sonra mənzildən çıxaraq hadisə yerini tərk etdim. Qəşəngül mənə müqavimət göstərərkən bıçaq sol əlimi kəsdi. Ehtiyatsızlıq etdim, xəsarət almağımla bağlı kimsədən şikayətim yoxdur. Bir müddətdən sonra küçədə gəzərkən polis əməkdaşları tərəfindən saxlanıldım. Anamı bıçaqla vurmaqda məqsədim onu öldürmək olub”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mübariz 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib./Teleqraf.com



Xəbərin oxunma sayı : 862




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap