|
Bakıda 120 milyonluq qalmaqallı hərracın arxasında kimlər dayanır? - ŞOK İSİMLƏR
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
“MTK kralı“ çətin durumda - Asiman Hüseynov qardaşını xilas edə biləcəkmi?
Azərbaycanın ən varlı şirkətləri: milyardlara sahib olanlar kimdir?
Rəsmi Bakı Blinkenin görüş təklifini qəbul etməyib - Səbəb məlum oldu
“Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalıdır“ - Prezident
ABŞ OCCRP-ni maliyyələşdirib və layihə rəhbərliyini təyin edib - Araşdırma
86 milyon manatı ölkəyə qaytarmayanlar ifşa edildi - Həbs olundular
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - FOTOFAKT
Bakı və Ankaradan İrəvana ultimatum - Zəngəzurla bağlı...
Azərbaycan Haaqa Məhkəməsinə müraciət etdi - Ermənistanla bağlı
143 milyon taladılar, 38 milyon ödədilər - Mənimsədikləri pulları qaytarmırlar
“Əgər biz cəngəlliyiksə, onda işlərimizə qarışmayın “ - Prezidentdən ağır ittihamlar
Azərbaycanda problemli kreditlər artacaq? - Açıqlama
Tarix 02.02.25, 15:13 |
|
Bu il yanvarın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 449,1 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz çoxdur - həmin vaxt problemli kreditlərin həcmi 437,8 milyon manat təşkil etmişdi.
Məlumata görə, 2024-cü il yanvarın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,5 faiz təşkil edib. Ümumi kredit portfelində problemli kreditlərin payının azalması portfelin özünün həcmindəki artımla bağlıdır. Belə ki, 2025-ci ilin 1 yanvarında Azərbaycanda bütün mənbələrdən(banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları) kredit qoyuluşlarının ümumi həcmi 29 milyard 288,2 milyon manat təşkil edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 milyard 309,1 milyon manat və ya 22,1 faiz çoxdur. Ölkədə ən çox artım ev təsərrüfatlarına verilən kreditlərdədir. 2024-cü ilin əvvəlində 14 milyard manat olan bu kreditlər 2025-ci ilin əvvəlində 17 milyard 31 milyon manata yüksəlib.
Ayrı götürdükdə, 2024-cü ildə bankların kredit portfeli 4 milyard 294.7 milyon manat artıb. Bu artımın böyük hissəsi biznes kreditlərindən (2 milyard 170.4 milyon manat), istehlak kreditlərindən (1 milyard 508 milyon manat) və ipoteka kreditlərindən (616.4 milyon manat) əldə edilib. Ötən il ərzində banklar istehlak kreditlərini 18.2 faiz artıraraq 14 milyard 787 milyon manata çatdırıblar.
Qeyd edək ki, 2015-2016-cı illərdəki devalvasiya nəticəsində yaranan problemli kredit böhranından sonra Azərbaycanda belə kreditlərin həcmi, demək olar ki, hər il azalıb. Buna görə də ötən il artımın qeydə alınması müzakirələrə səbəb olub.
Mərkəzi Bankın açıqladığı statistikadan aydın olur ki, ötən il problemli kreditlərlə yanaşı, istehlak kreditlərinin faizlərində də artım qeydə alınıb. Belə ki, 2025-ci il 1 yanvar tarixinə istehlak kreditlərinin milli valyutada, orta faiz dərəcəsi - kredit kartı vasitəsilə verilən kreditlər üzrə 26 faiz, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 25 faiz, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 16 faiz, avtomobil kreditləri üzrə 10 faiz və digər istehlak kreditləri üzrə 20 faiz təşkil edib. Bu isə o deməkdir ki, illik müqayisədə istehlak kreditlərinin milli valyutada orta faiz dərəcəsi - yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər və avtomobil kreditləri 1 faiz bəndi azalıb, kredit kartı vasitəsi ilə verilən kreditlərdə 2 faiz bəndi, digər istehlak kreditlərində isə 3 faiz bəndi artıb. Bu dövrdə məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlərin faizi dəyişməyib.
Bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi isə 35 faiz təşkil edib. Bu faiz dərəcəsi gündəlik (qısamüddətli), yaşayış sahəsinin alınması və tikintisinə verilmiş kreditlərə aid edilmir.
İstehlak kreditlərinin faizlərindəki artım ölkə üzrə bankların faiz gəlirlərində artıma mühüm təsir edib. Belə ki, 2025-ci il yanvarın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 3 milyard 969,8 milyon manat olub. Həmin göstərici ötən ilin dekabrın 1-nə olan dövr ilə müqayisədə 371,2 milyon manat və ya 10 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə 476,9 milyon manat və ya 14 faiz çoxdur. 2024-cü il yanvarın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 3 milyard 492,9 milyon manat olmuşdu.
Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənovun "Yeni Müsavata”a dediyinə görə, problemli kreditlərin artmasının bir neçə səbəbi var: "Birinci səbəb odur ki, kreditlərin həcmi artıb. Yəni verilən kreditlər artırsa, risklər də artır. İkinci və mənim fikrimcə, daha real səbəb ölkədə iqtisadi vəziyyətin pisləşməsi, biznesin, əhalinin ödəniş qabiliyyətinin aşağı düşməsidir. İnflyasiya gedir, xərclər artır, gəlirlərin artımı bunlardan zəif olduğuna görə əhalinin və biznesin borc qaytarmaq imkanları məhdudlaşır”.
Ə.Həsənova görə, problemli kreditlərin həcmindəki artım daha da sürətlənəcək: "Çünki iqtisadi vəziyyətin yaxşılaşması üçün şərtlər yoxdur. Bu şəraitdə aldığı krediti qaytarmaq imkanlarını itirənlərin sayı çoxalacaq. Bunun qarşısını bir neçə yolla almaq olar: birincisi, kredit şərtlərini ağırlaşdırmaqdır. Buna gedilməsini real saymıram, çünki kreditləşmənin azalması iqtisadi aktivliyi daha da aşağı salacaq. Bu səbəbdən də düşünürəm ki, ikinci variantı seçəcəklər - Mərkəzi Bank tərəfindən nəzarətin gücləndirilməsi”.
İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, problemli kreditlərin həcmindəki artımın təhlükəli hesab edib-etməmək fərqli yanaşmalardan irəli gəlir: "2023-cü ilin sonunda ölkədə kredit portfelinin həcmi 23 milyard 979 milyon manat, problemli kreditlərin həcmi isə 437 milyon manat - yəni ümumi portfelin 1,8 faizini təşkil edib. 2024-cü ilin sonuna kredit portfelinin həcmi rekord səviyyəyə çatıb. Buna görə də problemli kreditlərin həcmi artsa da, onun ümumi portfeldə çəkisi azalıb. 2020-ci ilin yanvarında problemli kreditlərin həcmi 1 milyard 386 milyon manat, 2021-ci ildə 921 milyon manat, 2022-ci ilin yanvarında 706 milyon manat olub. Yəni son illərdə həm problemli kreditlərin real həcmi azalıb, həm də onun ümumi portfeldə payı. Bu baxımdan problemli kreditlərin indiki həcmi, hətta artım olsa belə, təhlükəli səviyyədə deyil, sistem üçün hər hansı təhdid formalaşdırmır”.
Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanda istehlak kreditlərinin faizlərində artım da qeydə alınmaqdadır. Əksər mütəxəssislər bu artımın əsas səbəbi kimi cəlb olunan depozitlərin faizlərinin yüksəlməsini göstərirlər. "AccessBank”ın İdarə Heyətinin sədri Davit Tsiklaurinin dediyinə görə, bankların depozitlər üzrə xərcləri xeyli artıb və xərclərin nəzərəçarpacaq dərəcədə artması iri banklar üçün likvidlik məsələsini gündəmə gətirib: "Hazırda illik depozit üçün təxminən 12 faiz gəlir təklif edilir. Halbuki bir il əvvəl bu rəqəm təxminən 9-10 faiz idi. Əlavə vəsait cəlb etmək üçün banklar depozit faizlərini artırdılar və bu da onların xeyrinə oldu”.
Davit Tsiklauri qeyd edib ki, müştərilər əvvəllər daha yüksək faiz əldə etmək üçün kiçik banklara üz tuturdularsa, indi əmanətlərini daha çox iri banklarda cəmləyirlər: "Hal-hazırda demək olar ki, bütün bazar 12 faiz təklif edir və bu, artıq standart hala çevrilib. Bir neçə il əvvəl iri bankların belə rəqabətli depozit faizləri təklif edəcəyini təsəvvür belə etməzdim, amma bu, indi reallıqdır”.
İdarə Heyətinin sədri bu amilə əsasən bahalı depozitləri xarici borclanma ilə əvəz etməyə üstünlük verdiklərini vurğulayıb: "Depozitləri tamamilə xarici maliyyələşmə ilə əvəz etməsək də, balansımızda daha uzunmüddətli maliyyə mənbələrinə yer ayırmışıq. Xarici borclanma, adətən, 3-5 illik müddətə olur, halbuki depozitlərin əksəriyyəti 12-18 aylıqdır. Bu isə maliyyə strukturumuzu daha sabit və etibarlı edir”.
Bank rəhbərinə görə, depozit faizlərinin aşağı salınması gözlənilmir: "Qısamüddətli dövrdə, yəni bu il depozit faizlərinin azalmasını gözləmirəm. Bunun əsas səbəbi likvidlik ehtiyacının davam etməsidir”.
O bildirib ki, ölkə banklarının çoxu keçən il ərzində 20-25 faiz artım göstərib: "Mən bu artım tendensiyasının davam edəcəyini, ümumi sektor üzrə ən azı 15-20 faiz artım olacağını gözləyirəm. Geosiyasi baxımdan dəyişkən bir regionda yerləşməsinə baxmayaraq Azərbaycan iqtisadiyyatı nisbətən güclüdür. Məsələn, bəzi yaxın qonşuların iqtisadiyyatları real ifadədə 7-9 faiz böyüyüb. Belə bir performans həm Azərbaycana, həm də qonşu ölkələrə müsbət təsir edir. Çünki bəzi sektorlar ölkələr arasında, xüsusən də logistika, ticarət, əmtəə bazarlarında bir-biri ilə əlaqəlidir. Məsələn, Azərbaycanın qeyri-neft iqtisadiyyatı COVID-dən sonrakı yavaşlamadan sonra hər il ardıcıl olaraq orta tək rəqəmli faizlə genişlənir və əgər bu iqtisadiyyat real ifadədə illik 4-5 faiz artmağa davam edərsə, bankların nominal ifadədə asanlıqla 15 faiz artım göstərə biləcəyini düşünürəm. Belə bir artımla banklar kredit fəaliyyətlərini dəstəkləmək üçün əlavə likvidliyə ehtiyac duymağa davam edəcək”.
Bank sədri vurğulayıb ki, yerli valyuta likvidliyinin çatışmazlığı davam edərsə, depozit faizlərinin daha da artması mümkündür(APAEkomoniks).
Göründüyü kimi, yaxın dövrdə ölkədə depozit faizlərinin, onlara səbəb kredit faizlərinin yüksəlməsi gözlənilir. Bu isə problemli kreditlərin artımını daha da sürətləndirə bilər.
Xəbərin oxunma sayı : 190
Sosial
Xəbərlər
-
“Kanada vergiləri azaltmaq üçün ABŞ-nin 51-ci ştatı olmalıdır“ - Tramp
-
Avtobus sürücüləri yola çıxmazdan əvvəl müayinədən keçirlər? - VİDEO
-
“Şöhlətoğlu“ İstirahət mərkəzinin sahibi administratorunu şərləyib, yoxsa? - 31426 manat borc
-
Cərimələr insanları mənfi davranışlardan çəkindirir? - Açıqlama
-
Həmsərhəd ölkələrdə yayılan donuz qripi Azərbaycana keçə bilər? – VİDEO
-
Azərbaycanda əhalinin banklara nə qədər kredit borcu var? - ŞOK RƏQƏMLƏR
-
Tiflisdə etirazlar başladı - Saxlanılanlar var
-
Xalq artisti keçmiş həyat yoldaşından danışdı - İkisi də evlənməyib
-
Bəzi magistral yollarda görmə məhdudlaşacaq - Dumana görə
-
Alış-veriş üçün Azərbaycana hansı ölkələrin vətəndaşları səfər edib? - Tam siyahı
-
Hikmət Hacıyevin İranda görüşləri davam edir - Bu dəfə Kamal Xərrazi ilə bir araya gəldi
-
“Türkiyə Qəzzada azad edilən fələstinli məhbusları qəbul etməyə hazırdır“ - Fidan
-
Duzlu göl ərazisində acınacaqlı vəziyyət -FOTOLAR
-
Yeni proqram qəbul edildi: Bakıdakı hansı universitetlər köçürüləcək?
-
Bakı və Tehran dostluq münasibətlərini inkişaf etdirəcək: Sülh şəraitində birgəyaşayış, daxili işlərə qarışmama...
-
12 nəfərlə oynadılar - Niderland futbolunda biabırçılıq
-
Azərbaycanda problemli kreditlər artacaq? - Açıqlama
-
Əhməd əş-Şara Türkiyəyə gəlir - Bu tarixdə
-
İrəvanda “Qarabağ” mahnısını oxuyan da, çəkən də saxlanıldı
-
Ticarət müharibəsi başladı - Trampın bu sərəncamı imzalaması nə vəd edir?
-
Mehriban Əliyeva gəncləri təbrik etdi - FOTO
-
Azərbaycan bu ölkəyə sərmayə yatırır - 2 milyard dollar
-
Hikmət Hacıyev Əli Əkbər Əhmədianla görüşdü - Fikir mübadiləsi aparılıb
-
Dağlıq ərazilərdə 10 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
-
“Yol Tikintiservis“ MMC ilə sahibkarlarlar arasında qalmaqal - VİDEO
-
"Keşlə bazarı”nın sökülməsinə başlanılıb - VİDEO
-
Bank kartları ilə bağlı problemlər artır: təhlükəsizlik necə təmin olunmalıdır?
-
Sudanda bazar bombalandı - Azı 61 nəfər ölüb
-
Transfer bazarında durğunluq: Vəziyyət bu həddə necə çatdı?
-
Kurskda məktəbə aviazərbələr endirilib - Tərəflər bir-birini ittiham edir
-
“Rubionun Panama səfəri böhranın qarşısını almaq cəhdi olacaq“ - KİV
-
Onlayn kreditlərə məhdudiyyət tətbiq edilə bilər? - VİDEO
-
Həbibbəylilərin daha bir “gömrük qaçaqlığı“ - İsa Həbibbəylinin qardaşı ilə bağlı yeni iddialar
-
Bu gün Azərbaycanda Gənclər Günüdür
-
13 nəfəri İraqa aparacağı adı ilə aldadıb dələduzluq etdi - FOTO
-
Prezidentin mükafatlandırdığı gənclər arasında o da var - Fotolar
-
Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
-
“Vialon” şirkətinə FHN-nin gücü çatmır? - Şikayət
-
Bu tarixdən temperatur enəcək: Güclü külək, yağıntı...
-
Xarici xüsusi xidmət orqanları Serbiyanı dağıtmaq istəyir - Vuçiç
-
Azərbaycanda 255 min nəfər pulu olmadığı üçün ərzağı nisyə alıb - Rayonlar üzrə siyahı
-
Rusiya ordusu Poltava və Xarkov şəhərlərini vurdu – Ölənlər və yaralananlar var
-
Türkiyə turist sayına görə rekord qırdı - FOTOLAR
-
ABŞ Aİ mallarına idxal rüsumları tətbiq edəcək - Tramp
-
Klublarımızın qış planları: Kim gəlir, kim gedir?
-
Hökməlidə üçmərtəbəli obyektdə yanğın oldu - VİDEO
-
Azərbaycanda meyitlərin yandırılması üçün mərkəzlər yaradılacaq - VİDEO
-
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Onlayn kreditlərə məhdudiyyət tətbiq edilə bilər? - VİDEO
-
Avropada qazın qiyməti son 1 ayda 6% artıb - Son rəqəmlər
-
Sıxlığı azaltmaq üçün təhsil müəssisələrinin köçürülməsi - Əlverişli yerlər haradır?
-
Çempionlar Liqasını qazanmağa əsas namizədlər - İlk “10-luq”
-
İranın nüvə obyektlərinə hücum tarixin ən böyük səhvi olardı - Abbas Araqçi
-
Azərbaycanda bu cərimələr silinə bilər? - Açıqlama
-
Orta məktəblər və bağçalarda məktəb avtobuslarından istifadə ediləcək - VİDEO
-
Prezidentin mükafatlandırdığı gənclər kimlərdir? - Fotolar
-
Lavrov və Fidan telefonda danışdı - Suriya ilə bağlı müzakirə
-
Ağstafadan Bakıya gələn sürət qatarına ziyan dəydi - FOTO
-
Banklara ən az və ən çox əmanət yerləşdirən regionlar - SİYAHI
-
Oğlu restoranda dava salan məmur yüksək vəzifəyə təyin edildi - FOTO
-
Türkiyə MN hərbçilərimizin də iştirak etdiyi təlimdən görüntüləri paylaşıb - FOTOLAR
-
Sponsor axtarışında olan Federasiya prezidentinin biznes imperiyası - SƏNƏDLƏR
-
Ağ Evin ən gənc mətbuat katibi: Tramp niyə onu seçdi?
-
Talıbovlar “Naxçıvan Universiteti“ni necə ələ keçirib? - Təsisçidən şok faktlar
-
Bayramov Türkiyənin yeni səfiri ilə görüşdü - Fotolar
-
FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
-
“Ermənistan Aİİ-də özünü yaxşı hiss edir“ - Paşinyan
-
Cəmi 82 nəfər sənəd təqdim edib - Plastik cərrahlarla bağlı açıqlama
-
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb - Son rəqəmlər
-
İnformasiya məkanımıza qonşu ölkədən müdaxilə olunub - Rəsmi
-
Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
-
Azərbaycanda müavinsiz işləyən icra başçıları - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük rəsmi məzənnəni açıqladı
-
“Real Madrid” “Siti” ilə qarşılaşacaq - ÇL-də pley-offun püşkü atıldı
-
Şirinbəylinin 244 minlik qızılını oğurlayan məhkəməyə gəlmədi
-
Ağcabədidə polisindən narkotik əməliyyatı: saxlanılan var
-
Baş nazir Avrasiya Hökumətlərarası Şurasının iclasında - Fotolar
-
“Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır“ - Paşinyan
-
İranlı qızların toruna düşən TANINMIŞLAR: Aralarında deputat və səfirlər də var
-
Türkiyənin Aralıq dənizi sahilindəki cənnəti - Marmaris
-
Hərbi xidmətə çağırış yaşının azaldılması ilə bağlı mühüm açıqlama: Bu şəxslərə şamil olunmur
-
Bir qrup gəncə Prezident mükafatı verildi - Siyahı
-
Müğənni küçədə yıxılıb - TƏBİB açıqlama yaydı
-
“Ermənistan Azərbaycana dəmir yolu ilə qarşılıqlı yükdaşımalara başlamağı təklif edir“ - Paşinyan
-
Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: Ölkədən pul çıxarılıb
-
Azərbaycanda süni intellekt strategiyası hazırlanır - Baş nazir
-
Şimali Koreyalılar cəmi 2 ay döyüşə bildi – Bütün qoşunlar cəbhə xəttindən çıxarılıb
-
Xocalıya növbəti köç yola düşdü - FOTO
-
Ağcabədidə evdə qumbara partladı, 5 nəfər həlak oldu - 3-ü uşaqdır
-
Sabahdan Bakıda bu küçələr tam bağlanır - Xəbərdarlıq
-
Onlar işdən çıxarıla bilməz, işə gəlməsələr də maaşları hesablanmalıdır - QAYDA
-
Tanışlarınızın səsi süni intellektlə hazırlana bilər - Xəbərdarlıq
-
Azərbaycan hərbçilərinin “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər - FOTOLAR
-
Səfirliyin keçmiş əməkdaşı saxlanılıb - Məhkəmə tərəfindən cərimələnib
-
Kəlbəcər, Laçın və Ağdərədə daha 6 SES tikilir - VİDEO
-
Bakıda sıxlığı azaldacaq Dövlət Proqramı - Deputat hansı tədbirlərin nəzərdə tutulduğunu açıqladı
-
16 yaşlı gəncin ərindən boşanan bibisi qızı ilə sevgi macərası: “Yad kişi ilə...“ –
-
Nazirliyin vəzifəli şəxsləri qəbul keçirəcək - Bu tarixlərdə
-
Tramp BRICS ölkələrini yenə hədələdi - “100%-lik əlavə rüsumlarla üzləşəcəklər...“
-
Anasının maşınını ağaca çırpdı - Ölən və xəsarət alan var
-
“5 milyonla işlərimiz düzəlməyəcək” - Qurban Qurbanov
-
Plastik cərrahların nəzərinə: Bu gün son gündür
-
Kirayə mənzil bazarında son vəziyyət necədir? - VİDEO
-
Müseyib Bağırovun rəhbərlik etdiyi şirkət cəzalandırıldı - SƏBƏB
-
38 yaşlı qadın dayısı tərəfindən qətlə yetirildi - İDDİA
-
Babək prospektində təmir aparılır - Sürücülərə xəbərdarlıq
-
Suriyaya səfər edən ilk lider o oldu - FOTOLAR
-
Tıxaclardan qurtuluruq - Yeni çəkiləcək yollar bunlardır
-
Avropa Liqası:“Beşiktaş” və “Qarabağ” turniri tərk etdi
-
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 141 il ötür
-
“Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da olmamışam“ - Vəfa Şərifova
-
Amerikada “Lay`s“ çipsləri satışdan yığılır - Azərbaycanda durum necədir?
-
Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq
-
Vaşinqtonda qəzaya uğrayan təyyarədə sağ qalan olmayıb - Tramp
-
Kuryer, mühafizəçi stomatoloqlar - İndi də saxta diş həkimləri gündəmdə
-
“Rusiya nüvə arsenalına məhdudiyyətdən imtina edə bilər“ - Rusiya XİN
-
Əslində 7 deyil, 6 qitə var imiş - Nə baş verir?
-
Xırdalan şəhərinin mərkəzi ilə birləşəcək yollar tikiləcək - Sərəncam
-
Adı eynidir, özü yox - Ronaldo “Sumqayıt”da
-
Həbsdə olan icra başçısı cəzaçəkmə rejiminin dəyişdirilməsini istəyir - Məhkəməyə müraciət edib
TOP 10
ARXİV