“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Agentlik özünüməşğulluq layihəsi çərçivəsində 69,5 milyon manatlıq mal-qara alır - SİYAHI

Tarix 14.12.24, 11:52

Font ölçüsü : - / +
bitmap-img6


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq layihəsi çərçivəsində 69,5 milyon manatlıq mal-qara alır.

İqtisadiyyat.az xəbər verir ki, qurumun bununla bağlı elan etdiyi tenderdə idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması nəzərdə tutulur.

Belə ki, agentlik aşağıdak mal-qaranı sifariş edir:

1) 3 yaşa qədər diri çəkisi minimum 265 kq olan 14 400 inək,

2) 2-4 yaş arası çəkisi minimum 45 kq olan 40 000 qoyun,

3) 2-4 yaş arası çəkisi minimum 55 kq olan 2 000 qoç,

4) 2-4 yaş arası çəkisi minimum 35 kq olan 10 000 keçi,

5) 2-4 yaş arası çəkisi minimum 35 kq olan 1000 təkə,

6) minimum 15000 sayda işçi arıdan ibarət olan 14 000 arı ailəsi (Ana arı ən azı 1 yaşında olmalıdır),

7) Qarışıq yem – 800 kq (5840 kq)

8) Arıçı geyimi (qurşaqdan yuxarı,papaqla birlikdə,qalın bez material) - 700 dəst,

9) Bal süzən aparat (alminium və nerjavika qarışığı, 4 pərli, 40 lt) - 700 ədəd.

Dövlət Məşğulluq Agentliyi sözügedən mal-qaranın alınmasına 69 552 210 manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Məlumat üçün xatırladaq ki, agentlik özünüməşğulluq layihəsi çərçivəsində mal-qaranı adətən “Agro Best” şirkətindən alır. Qurum bu ilin may ayında həmin şirkətdən 66,8 milyon manatlıq mal-qara alıb. Açıqlanan məlumatlara əsasən, 2021-ci ildən bəri özünüməşğulluq layihəsi çərçivəsində şirkətlə Agentlik arasında dəyəri 258 milyon manatdan artıq satınalma müqaviləsi bağlanılıb.



Xəbərin oxunma sayı : 625




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap