“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

WhatsApp-da yeni funksiya - Tiktok kimi olacaq

Tarix 09.05.25, 17:01

Font ölçüsü : - / +
bitmap-img6


Artıq "WhatsApp"da status paylaşımlarına musiqi əlavə etmək mümkündür.

AzFakt.com milli.az-a istinadən xəbər verir ki, mesajlaşma proqramı bu yeniliyi bəzi ölkələrdə artıq sınaqdan keçirməyə başlayıb. Yeni xüsusiyyət sayəsində istifadəçilər status bölməsində paylaşdıqları şəkil və videoların üzərinə istədikləri musiqini əlavə edə biləcəklər. Seçim imkanı verilən musiqilər "WhatsApp"ın daxilində təqdim olunacaq və paylaşılan statusu izləyənlər həmin mahnını da eşidə biləcəklər.

Ekspertlər bunu "WhatsApp"ın öz funksiyalarını TikTok və Instagram kimi platformalara bənzətmək cəhdi kimi dəyərləndirirlər. Çünki son dövrlərdə WhatsApp videolar üçün sürətli baxış, statuslara reaksiya, kanallar və indi də musiqi əlavə etmə kimi yeniliklərlə istifadəçilərin diqqətini daha çox üzərinə çəkməyə çalışır.

Qeyd edək ki, bu funksiya hələ bütün istifadəçilər üçün aktiv edilməyib. Tətbiqin son versiyasını yeniləyən bəzi ölkələrdəki istifadəçilər artıq bu xüsusiyyəti istifadə edə bilirlər. WhatsApp isə yeniliyin yaxın zamanlarda bütün dünyada istifadəyə veriləcəyini açıqlayıb.



Xəbərin oxunma sayı : 286




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap