Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Azərbayan “COP29”-a nə qədər vəsait xərləyib? – Hesablama Palatası audit edib, amma...

Tarix 01.12.25, 13:38

Font ölçüsü : - / +
bitmap-img6


“Hesablama Palatasının son audit təqdimatları dövlət şirkətlərində şəffaflıq probleminin hələ də aradan qalxmadığını göstərir”.

AzFakt.com bildirir ki, bu barədə iqtisadçı Toğrul Maşallı hesabatları təhlil edərkən qeyd edib.

Onun sözlərinə görə, Palata həm “Azəristiliktəchizat” ASC, həm də COP29 Azərbaycan Əməliyyat Şirkəti üzrə audit məlumalarını açıqlasa da, rəqəmlər ictimaiyyət üçün yenə də qaranlıq qalır.

T.Maşallı diqqəti ilk olaraq “Azəristiliktəchizat” ASC ilə bağlı auditə yönəldib və bildirib ki, bu qurum üzrə “pul vəsaitlərinin hərəkəti” barədə konkret rəqəmlər verilsə də, COP29 üzrə analoji məlumatın gizlədilməsi sual doğurur. O deyib ki, zərərdə olan enerji şirkəti üçün Palata açıq şəkildə göstərib:

Daxilolmalar: 149,3 milyon manat

Xərclər: 146,7 milyon manat.

İqtisadçı vurğulayıb ki, eyni tip məlumat COP29 auditində də gözlənildiyi halda, Palata belə rəqəmləri açıqlamayıb.

Maşallı bildirib ki, ilk baxışdan Hesablama Palatasının COP29 hesabatında rəylə bağlı müsbət yekun verilməsi diqqət çəkir. Amma audit materialına keçdikdə əsas sual – tədbirə nə qədər vəsait xərcləndiyi cavabsız qalır: “Dövlət büdcəsinin icrası hesabatında Maliyyə Nazirliyi COP29-a cəmi 10 milyon manat xərcləndiyini göstərir. Halbuki dövlət satınalmaları reyestrində ən azı 16 milyon manatlıq əlavə xərc görünür. Üstəlik, ABŞ-nin PR şirkətinə ödənilən 4,7 milyon dollar da var”.


Onun sözlərinə görə, Palatanın hesabatı yalnız bu cümlələrdən ibarətdir:

Daxilolmaların 92,5%-i dövlət büdcəsindən olub;

Əməliyyat xərclərinin əsas hissəsi konfransın keçirildiyi məkanlara (65,4%) və məzmun dəyərinə (10,2%) sərf olunub;

Outsors müqavilələri əsasən Almaniya, İsrail, ABŞ və BƏƏ şirkətlərinə verilib.

Maşallı qeyd edib ki, bu cümlələrdə əsas məsələ – xərclənən ümumi məbləğ yoxdur və ictimaiyyətə konkret rəqəm təqdim edilmir.

İqtisadçı bildirib ki, COP29 Əməliyyat Şirkəti dövlət qurumlarına “təşkilatçılıq xidməti” də göstərib və bu xidmətlərdən də ciddi gəlir əldə edib. Dövlət satınalmaları reyestrinə əsasən:

Energetika Nazirliyi, Sumqayıt Dövlət Universiteti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, İqtisadiyyat Nazirliyi ümumilikdə 2,1 milyon manat əməliyyat şirkətinə ödəniş ediblər.

Maşallı vurğulayıb ki, görünür, bu gəlirlər “digər mənbələr” kimi göstərilib, amma onların miqyası, ümumi dövriyyədə xüsusi çəkisi açıqlanmır.

İqtisadçı qeyd edib ki, Qlazqoda keçirilmiş COP26 tədbiri yerli hökumətə 250 milyon funt sterlinqə başa gəlmişdi. Amma Azərbaycan üzrə real rəqəmlər cəmiyyətə təqdim edilmir: “O boyda ekoloji tədbir keçirirsən, dünyaya hesabat tələb edirsən, amma öz xərclərini açıqlamırsan. Misir və BƏƏ kimi, Azərbaycan da hesabatlılıqdan uzaq qalır”.

T.Maşallı deyib ki, bu yanaşma həm COP prosesinin mahiyyətinə, həm də Azərbaycanın etibarlılığına zərbə vurur.

İqtisadçı bildirib ki, dünyanın ekoloji tarazlığı üçün ilk növbədə şəffaflıq və hesabatlılıq təmin olunmalıdır: “Xərclərdən tutmuş fəaliyyətə qədər hər şey açıq olmalıdır. Əks halda dəyişiklik gözləmək absurddur. Qeyri-hesabatlı konfrans keçirib dünyadan nəsə tələb etmək mənasızdır”.



Xəbərin oxunma sayı : 472




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap