“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

7 ay ərzində Azərbaycana 675 min smartfon gətirilib - Ölkələr və qiymətlər

Tarix 15.09.25, 18:11

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk 7 ayı ərzində Azərbaycana xarici ölkələrdən 675 min 164 ədəd smartfon gətirilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan smartfonların ümumi dəyəri 217,5 milyon dollar olub.

Qeyd edək ki, ötən ilin eyni dövründə xaricdən daha çox – 770 min 523 ədəd smartfon gətirilib.
Bu il Azərbaycana smartfonlar ən çox Çindən gətirib. Bu ölkədən Azərbaycana yanvar-iyul aylarında 538 min 877 ədəd smartfon idxal olunub. Ən az smartfon isə ABŞ-dən gətirilib. Bu ilin ilk 7 ayında ABŞ-dən cəmi 1 smartfon gətirilib.

Bu ilin ilk 7 ayında idxal edilən smartfonların ölkələr üzrə miqdarı və 1 ədədinin orta gömrük dəyəri (ölkəyə giriş qiyməti) aşağıdakı kimi olub:
Çin – 538 877 ədəd (308 dollar);
Vyetnam – 128 101 ədəd (369 dollar);
Hindistan – 7 839 ədəd (549 dollar);
ABŞ – 1 ədəd (230 dollar);
İndoneziya – 110 ədəd (240 dollar);
Koreya – 230 ədəd (120 dollar);
Meksika – 3 ədəd (103 dollar);
Almaniya – 3 ədəd (2 076 dollar).



Xəbərin oxunma sayı : 244




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap