“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

26 yaşlı Ləman skuterlə adam vurub: “Məndən 15 min istədilər”

Tarix 15.09.25, 14:52

Font ölçüsü : - / +
bitmap-img6


Ağ Şəhər Bulvarı ərazisində avtomobillə skuteri vuran xanım sürücü hakim qarşısına çıxarılıb. Zərərçəkmiş şəxs şikayətçi olub.

Musavat.com xəbər verir ki, 26 yaşlı Ləman idarə etdiyi “KİA Optima” markalı avtomobillə saatda 60 km/saat sürətlə hərəkətdə olan zaman yolu keçən skuteri vurub.

Skuterdə olan 20 yaşlı Həsər Xəlilov xəsarət alıb. Həsərin hər iki baldır sümüyü sındığı üçün əməliyyat olunub.

Hadisə zamanı Ləmanın yanında rəfiqəsi olub, onlar birlikdə Bulvara istirahətə gedirmişlər. Qəzadan sonra onlar yaralını öz maşınları ilə xəstəxanaya aparmaq istəyiblər. Lakin polis əməkdaşları təcili yardım gözləməyi məsləhət görüb.

Törətdiyi əmələ görə peşman olan Ləman deyib ki, zərərçəkmiş tərəflə barışmağa cəhd etsə də, mümkün olmayıb. Sözlərinə görə, zərərçəkmiş tərəf ondan 15 min manat tələb edir. Lakin onun 5 min manat ödəmək imkanı var.

Zərərçəkmiş Həsər isə deyib ki, qarşı tərəfdən pul tələb etmirlər və qanunla nəzərdə tutulmuş şəkildə cəzalandırılmasını istəyirlər.

Məhkəmənin hökmü ilə Ləman 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası alıb. Barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilmiş Ləman cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.



Xəbərin oxunma sayı : 409




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap