“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Farhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır - Ramiz Mehdiyevin adı hallanır

Tarix 11.09.25, 21:41

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda milyonlarla manatlıq daşınmaz əmlak uğrunda gedən hüquqi çəkişmədə qalmaqallı məqamlar ortaya çıxıb. 

“Haqqın.az” saytı yazır ki, rusiyalı milyarder Fərhad Əhmədovun sifarişi ilə həyata keçirilən tikinti layihəsi ətrafında yaranan mübahisə artıq siyasi dairələrin də diqqətini çəkib.

Fərhad Əhmədova məxsus “Baku Caspian Real İsteyts Limited” (BKRIL) şirkəti 2020-ci ildə “Armadil Group” MMC ilə müqavilə bağlayaraq, Bilgəh qəsəbəsindəki onun şəxsi rezidensiyasında Avropa istehsalı olan materiallarla dam örtüyü və İtaliya istehsalı olan sürüşən terrasın quraşdırılmasını sifariş etmişdi. Lakin şirkətin faktiki rəhbəri Fəxrəddin Bağırov layihəni keyfiyyətsiz yerinə yetirməklə, ciddi narazılığa səbəb olub.

4 milyonluq zərər iddiası

Əhmədovun sifarişi ilə aparılan ekspertiza nəticəsində məlum olub ki, “Armadil Group” öz öhdəliklərini yerinə yetirməyib və nəticədə BKRIL-ə 4 milyon manatdan çox zərər dəyib. Bakı Kommersiya Məhkəməsi iddianı əsaslı sayaraq, “Armadil Group”un BKRIL-ə 862.443 ABŞ dolları məbləğində təzminat ödəməsinə qərar verib. Lakin daha sonra Bakı Apellyasiya Məhkəməsi qərarı ləğv edərək, əks iddianı təmin edib və “Armadil Group”un xeyrinə 2.913.080 ABŞ dolları məbləğində qərar çıxarıb. Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb.

İcra prosesində qalmaqal

Qərarın icrası mərhələsində isə mübahisəli hadisələr yaşanıb. Səbail rayon İcra şöbəsi tərəfindən BKRIL-ə məxsus bütün əmlaklara həbs qoyulub. Ən mübahisəli məqam isə, İçərişəhərdə yerləşən tarixi bir binanın dəyərinin süni şəkildə azaldılaraq, “Armadil Group”un rəhbərinə verilməsinə çalışılmasıdır.

VETO Consulting - kimə xidmət edir?

Mübahisəli qiymətləndirməni aparan “VETO Consulting” MMC-nin adı bu prosesdə tez-tez hallanır. Bildirilir ki, şirkət tarixi binanı real dəyəri olan 20 milyon manatdan çox yox, cəmi 2,5 milyon manata qiymətləndirərək, bu əmlakın müsadirəsinə şərait yaradıb.

Əhmədovun nümayəndələri iddia edirlər ki, “VETO Consulting” şirkəti Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ilə əlaqəlidir.

Siyasi motivlər iddiası

Fərhad Əhmədovun nümayəndələri bu hadisənin artıq təkcə hüquqi müstəvidə deyil, eyni zamanda siyasi motivlərlə müşayiət olunduğunu bildirirlər. Onların sözlərinə görə, məsələ təkcə biznes davası deyil, ölkədəki müəyyən dairələrin şəxsi maraqlarının təmin edilməsi cəhdidir…

Hazırda Əhmədovun şirkəti Səbail rayon İcra Şöbəsinin hərəkətlərindən məhkəməyə şikayət edib. İş məhkəmə baxımındadır.



Xəbərin oxunma sayı : 1462




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap