“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Vətəndaşın burada nə işi var?” - Aygün həmkarını pərt etdi

Tarix 10.09.25, 18:41

Font ölçüsü : - / +
bitmap-img6


Xalq artisti Aygün Kazımova ilə həmkarı Eldəniz Məmmədov arasında anlaşılmazlıq yaşanıb. 

AzFakt.com xəbər verir ki, anlaşılmazlıq məclislərin birində A.Kazımova səhnədə çıxış edərkən baş verib.

Belə ki, A.Kazımova səhnədə olarkən Eldəniz Məmmədov da platformaya çıxıb. Bu zaman A.Kazımova müğənninin bu davranışını düzgün hesab etməyərək həmkarından kim olduğunu soruşub. E.Məmmədov isə cavabında vətəndaş olduğunu bildirib. 

“Vətəndaşın burada nə işi var? Burada müğənni olur. Müğənnisiniz başa düşürəm, Eldəniz müəllim, bəs bu telefon nədir? Müğənni müğənniyə belə hörmət edir, oxuduğu, danışdığı yerdə telefonla səhnəyə çıxır? Siz çıxış edərkən meydan oxuyarsınız, indi bu meydan mənim meydanımdır”, - Xalq artisti həmkarına iradında deyib.

İzləyicilər Xalq artistinin öz həmkarını bu cür pərt etməsini ona yaraşdırmayıblar. 

Məsələ ilə bağlı Manset.az-a açıqlama verən Eldəniz Məmmədov bildirib ki, Aygün Kazımova onu təhqir etməyib:

“Aygün xanım bizim dəyərli sənətkarımızdır. Orada deyirdim ki, bəylə gəlini səhnəyə dəvət etsin. Bəy mənim dostumun oğludur. O da, deyəsən, hər şey vaxtla idi. Buna görə insident yarandı. Orada heç bir problem yoxdur. Aygün xanım bizim divamızdır və ona böyük hörmətim var. Sadəcə deyib ki, mən danışıram. Ola bilər, mən də səhv etdim. Mənim səhnədə nə işim var idi ki? Gərək deməzdim onu. Bizim bir Röyamız, Aygünümüz, Brilliantımız var. Onların qədrini bilməliyik. Onlar estrada müğənniləridir. Mən də öz sahəmdə 30-35 ildir musiqimizin qorunub saxlanmasına xidmət edirəm”.





Xəbərin oxunma sayı : 1450




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap