“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Mehdiyev daha bir villasını satır - Sərvətini pula çevirib ölkədən çıxarır? + FOTO

Tarix 08.09.25, 17:42

Font ölçüsü : - / +
bitmap-img6


Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev daha bir villasını satışa çıxarıb.

AzFakt.com “Gününsəsi.info”ya istinadla xəbər verir ki, Şüvəlan bağları, Gülçülük sovxozu adlanan elit ərazidə inşa edilmiş, 1000 kvadratmetr sahəsi olan villa 1 milyon 300 min manata satışa çıxarılıb.

Qeyd olunur ki, həmin villa 2018-ci ilə qədər Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Gülağa İslamov tərəfindən Ramiz Mehdiyevə hədiyyə edilib.

Açıklama yok.

Məlumatda bildirilir ki, bahalı villa Mehdiyevin kürəkəni İlham Əliyevin adına sənədləşdirilib.

Daha əvvəl yerli media Bakının Tbilisi prospektində R. Mehdiyevə məxsus dəbdəbəli villanın 8 milyon ABŞ dollarına satışa çıxarılması barədə xəbər yayıb. 36 sot ərazidə yerləşən bu villanın da Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə himayə etdiyi yüksək vəzifəli şəxslərdən biri tərəfindən hədiyyə olunduğu bildirilir.

R. Mehdiyev Göyçayda keçmiş nəqliyyat naziri Ziya Məmmədov tərəfindən hədiyyə olunmuş mülkünü isə 2022-ci ildə satışa çıxarmışdı. Rayonun Hüngütlü kəndində, uca hasarlarla əhatə olunmuş villa 1.8 milyon manata təklif olunmuşdu.

Qeyd edək ki, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu (1995–2019) 24 il ərzində külli miqdarda var-dövlət əldə edib. Ona yaxın şəxslər iqtisadiyyatın bəzi sahələrində böyük paya malik olub. PA rəhbəri büdcə vəsaitlərini, bank kreditlərini, xarici maliyyə qurumlarından alınan qrantları gəlirli biznesə yönəltməyin bütün üsullarından istifadə edib. Bununla yanaşı, himayə etdiyi vəzifəlilərdən və biznes adamlarından dəyəri milyonlarla dollarla ölçülən hədiyyələr almağı hobbiyə çevirib. Mehdiyevin “zəif damarını” bilən məmurlar və iş adamları onu mütəmadi olaraq belə hədiyyələrlə sevindirməyə çalışıblar.

O, hazırda Novxanıda yerləşən dəbdəbəli bağ evində yaşayır. Bu əmlakın tikintisinə R. Mehdiyevin cibindən pul xərcləməsi inandırıcı görünmür.

87 yaşlı eks-məmur vəzifədən uzaqlaşdırılsa da, bəzi sələflərindən fərqli olaraq, əldə etdiyi nəhəng sərvəti qoruyub saxlamağı bacarıb. Görünür, əmlakların bir-bir satışa çıxarılması Mehdiyevlər ailəsinin yeni planları ilə bağlıdır. Keçmiş PA rəhbərinin kölgəsi olmadan Azərbaycanda yeni layihələrə investisiya edəcəkləri ağlabatan görünmür. Ehtimal etmək olar ki, vəsaitlər xarici ölkələrə, məsələn, Rusiya iqtisadiyyatına yönəldilə bilər.



Xəbərin oxunma sayı : 1516




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap