![]() |
|














Azərbaycanda quş əti ilə özünütəminat səviyyəsi kəskin azaldı: SƏBƏB NƏDİR?
Tarix 07.09.25, 12:21 |
|

Azərbaycanda ət və ət məhsulları ilə özünütəminetmə səviyyəsi azalıb. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2024-cü ildə Azərbaycanda bütün növ ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 83,4 faiz təşkil edib. Bu isə o deməkdir ki, göstərici 2023-cü illə müqayisədə 1.9 faiz bəndi azalıb.
Ayrı-ayrı ət növləri üzrə təminat dinamikasına nəzər yetirdikdə aydın olur ki, ötən il ölkənin mal əti və ət məhsulları üzrə özünütəminat səviyyəsi 88,5 faiz təşkil edib. Bu isə əvvəlki ilin nəticəsindən (88,4 faiz) cüzi - 0,1 faiz bəndi çoxdur.
Qoyun və keçi əti üzrə özünütəminetmə səviyyəsində də artım var - 2023-cü ildəki 94,9 faizdən 96,5-ə qədər. Artım balıq və balıq məhsullarında da müşahidə olunub - 2023-cü ildəki 75,4 faizdən ötən il 77,3 faizə.
Quş əti üzrə təminatda isə kəskin azalma qeydə alınıb. 2024-cü ildə göstərici 76,6 faiz təşkil edib ki, bu da 2023-cü ildəki 81,7 faizlə müqayisədə 5,1 faiz bəndi aşağıdır.
Maraqlıdır ki, Azərbaycanda son illərdə mal və qoyun sayında sürətli azalma gedir. Bu şəraitdə xaricdən diri heyvan idxalı da artır. Lakin mal və qoyun əti ilə təminat səviyyəsi davamlı artım nümayiş etdirir.
Ölkədə quşların sayı, istehsal olunan yumurta sayı, quş əti və ət məhsullarının istehsalı artsa da, özünütəminat səviyyəsi aşağı düşür. Rəsmi statistikaya əsasən 2024-cü ilin sonunda ölkənin quşçuluq təsərrüfatlarında olan quşların sayı 2023-cü ilin sonu ilə müqayisədə 7,3 faiz artaraq 12 milyon 91,5 min başa çatıb. Bu müəssisələrdə quş əti istehsalı isə diri çəkidə 82,3 min ton təşkil edib. Bu isə 76 min ton istehsalın qeydə alındığı 2023-cü illə müqayisədə 8,3 faiz çoxdur.
Rəsmi ərzaq balansına əsasən 2024-cü ildə Azərbaycanda quş əti və ət məhsullarının istifadəsi 2023-cü ildəki 175 696 tondan 194 942 tona qədər artıb. İl ərzində bu məhsulların istehsalında da artım qeydə alınıb. Belə ki, istehsal 2023-cü ildəki 137 min 501 tondan 143 min 231 tona yüksəlib. İdxal da 31758 tondan 45184 tona çatıb.
Bu zaman əhalinin şəxsi istehlakı 166 139 tondan 184 183 tona qədər artıb. İxrac isə 1977 tondan 2194 tona çatıb.
Beləliklə, quş əti üzrə istehsal göstəricilərində artım var, amma özünütəminat səviyyəsi azalıb. Bunun səbəbi nədir? Ölkəni toyuq yumurtası ilə tam təmin edərək ixraca başlayan quşçuluq sektoru niyə ət istehsalını da sürətlə artırmır? Sualları cavablandıran Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənlinin “Yeni Müsavat”a dediyinə görə, ölkədə toyuq ətinə tələbat sürətlə artır: “Əvvəla, əhali sayı artır, ikincisi, ölkəyə gələn turistlərin sayı artır. Üçüncüsü isə mal və qoyun ətinin sürətlə bahalaşması fonunda quş əti qiymətləri sabit qalır, kəskin şəkildə ucuzdur. Bütün bunlar toyuq ətinə tələbatı onun istehsal sürətindən daha yüksək sürətlə artırır. Açığını deyim ki, Azərbaycanın quşçuluq təsərrüfatları qısa müddətdə ət istehsalını kəskin artırmaq potensialına malikdirlər. Necə ki, biz 2-3 ildə damazlıq və süfrə yumurtası ilə özünütəminat səviyyəsini 100 faizdən yuxarıya çatdırıb, ixraca başlamışıq, eyni qaydada toyuq ətində də istehsalı artıra bilərik. Nəinki bilərik, bunu istəyirik də”.
Mürvət Həsənli
Assosiasiya rəhbəri bildirir ki, ətlik istiqamətdə ixtisaslaşan quşçuluq təsərrüfatlarının istehsalı artırması üçün bir sıra mühüm məsələlərin həllinə ehtiyac var: “Ölkəmizdə quş əti ilə təminatı yüz faizə qaldırmaq, ixraca hədəflənmək, həmçinin yerli bazarda toyuq əti və ərzaqlıq yumurtanın qiymətində artımın qarşısını almaq üçün müəssisələrin genişlənməsi, yeni istehsal texnologiyalarının tətbiqi vacib şərtdir. Bunun üçünsə torpaq sahələrinin əldə olunması və yaxud mövcud ərazilərdə yeni binaların tikintisi həyata keçirilməlidir. Belə ki, sovet dövründən tikilən tikililər quşçuluqda istifadə olunan müasir texnologiyaların tətbiqinə imkan vermədiyinə görə müəssisələr onları sökərək yerində, yaxud müasir texnoloji tələblərə uyğun olaraq bir qədər başqa ərazidə yeni binalar tikmək istyəyirlər. Çünki sovet dövründən tikilmiş inqubator stansiyaları, yem sexləri, kəsim sexləri və digər binalar yeni dövrün texnologiyasının tətbiqinə imkan vermir.Təsərrüfatlarda yenidənqurma işlərinin aparılması olduqca vacibdir. Lakin biz bunu edə bilmirik, çünki ölkəmizdə olan torpaqların əksəriyyəti kənd təsərrüfatı təyinatlıdır və iki kateqoriyaya aiddir: əkin və örüş. Əkin torpaqlarında əkinçilik, örüşdə isə mal-qaranın otarılması nəzərdə tutulur. Lakin real vəziyyət belədir ki, ”kənd təsərrüfatı təyinatlı" adı altında qeydiyyata alınan torpaqların xeyli hissəsi nə əkin üçün, nə də örüş kimi istifadəyə yararlı deyil. Bir yabanı otun da bitmədiyi yararsız ərazilərimiz var ki, sənədlərdə kənd təsərrüfatı təyinatlı torpaq olduğu üçün həmin qayalıqda sahibkarlar bir toyuq hini də tikə bilmir. Ya da hansısa bir fermer köhnə fermasını söküb yerində modern ferma qura bilmir. Buna ilk növbədə qanunvericiliyi bəhanə edən yerli icra hakimiyyətləri imkan vermir. Yerli icra hakimiyyəti orqanlarına təsərrüfatın genişləndirilməsi, müasir texnologiyaların tətbiqi üçün həyati əhəmiyyəti olan tikintilərin aparılması ilə bağlı müraciətlərimiz qulaqardına vurulur. Bir çox hallarda isə onlar əvvəlcədən tikinti üçün alınan icazələr əsasında işlərin həyata keçirilməsinə imkan vermirlər. Bu kimi hallar ölkənin ən iri quşçuluq təsərrüfatlarının inkişaf planlarına ağır zərbə vurmaqdadır".
M.Həsənlinin sözlərinə görə, son 2 ildə dünyanın müxtəlif regionlarında yayılan xəstəliklər, xüsusilə də quş qripi quşçuluq sahəsinə çox böyük zərər vurub: “Bu səbəbdən bir ildir ki, ABŞ bazarında süfrə yumurtası manatla ifadə etsək, 1 AZN-ə qədər bahalaşıb, qardaş Türkiyədə qiymət 0,3 AZN-ə yaxınlaşır. Çox şükürlər olsun ki, Azərbaycanda bu ağır patogen xəstəliklə bağlı vəziyyət stabildir, yoluxma halına rast gəlinmir. Biz quşçuluq təsərrüfatları ölkəmizdə quş qripinə yoluxmanın qeydə alınması ehtimalını təsəvvür belə etməyə qorxuruq, çünki bu təqdirdə milyonlarla baş toyuq sürüləri qısa müddətdə məhv ola bilər. Bunun əsas səbəbi odur ki, təsərrüfatların istehsal binaları neçə illərdir dünya praktikasına uyğun təcridedilmə prosesinin təmin olunmasına imkan verməyəcək hala gəlib. İstifadə etdiyimiz binaların əksəriyyəti Sovet dövründən qalmadır, onların şərtləri müasir istehsal texnologiyalarını tətbiq etməyə imkan vermir. Bu binalarda hər hansı xəstəlik aşkarlandığı təqdirdə müxtəlif yaş qruplarından olan toyuq sürülərini bir-birindən təcrid etmək mümkün deyil.
Ümumiyyətlə, bildirim ki, quşçuluğun ən mühüm spesifik xüsusiyyətlərdən biri təsərrüfatda bir mövsüm quş saxlandıqdan sonra bioloji fasilənin verilməsidir. Ancaq bu gün mövcud reallıqda bunu etmək mümkün deyil. Bioloji fasilə zamanı bir binada bir mövsüm quş saxlandıqdan sonra bina tamamilə boşaldılır, yuyulur təmizlənir, dezinfeksiya edildikdən sonra ən az 6 ay müddətinə boş saxlanılır. Bunu etməkdə məqsəd virus və bakteriyaların aparılan vaksinasiya proqramına qarşı immunitet qazanmasının qarşısını almaqdır. Təəssüf ki, bugünkü şərait Azərbaycanın quşçuluq təsərrüfatlarına bu vacib prosesi təmin etməyə imkan vermir".
Quşçuluq təsərrüfatlarının daha bir problemi elektrik təchizatı şəbəkələrinə qoşulma sahəsində 2024-cü ildən tətbiq olunan yeni tariflərdən qaynaqlanır: “İndiyədək bütün kənd təsərrünfatı istehsalçılarına digər biznes sahələrindən fərqli qoşulma sistemi və tarifləri tətbiq olunurdu. Bu, digər biznes sahələri ilə müqayisədə daha aşağı rentabelli, həmçinin çoxsaylı risk faktorlarından asılı olan kənd təsərrüfatı istehsalçıları üçün mühüm güzəşt demək idi. Lakin ölkədə tətbiq olunan yeni qanunverici baza, ona müvafiq olaraq Azərbaycan Respublikası Tarif(Qiymət) Şurasının 2024-cü ilin 3 may tarixində qəbul etdiyi ”Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinin tənzimlənməsi barədə" qərar kənd təsərrüfatı istehsalçıları ilə digər biznes sahələri üçün eyni tariflər tətbiqini nəzərdə tutur. Yeni tariflərə əsasən 600 kVt-lıq bir transformatorun qoyulması üçün quşçuluq təsərrüfatının 102-175 min manat arası qoşulma haqqı ödəməsi tələb olunur. Bundan əlavə, quşçuluq təsərrüfatları elektrik şəbəkəsinə qoşulma üçün texniki şərt almağa 70-100 min manat arası rüsumu ödəməli olurlar. Təxminən eyni vəziyyət qaz, su xətlərinə qoşulmada da mövcuddur. Bu, quşçuluq təsərrüfatları üçün çox böyük maliyyə yükü yaradır. Buna görə də kənd təsərrüfatı istehsalçılarının elektrik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulması tariflərinin digər biznes sahələrindən fərqləndirilməklə, daha aşağı tariflərin tətbiq olunması son dərəcə vacibdir".
Azərbaycan quşçuluq təsərüfatlarının kəsim avadanlıqlar ilə bağlı da çətinlikləri var: “Hazırda quş əti istehsalçıları bu cür avadanlıq və texnologiyaların idxalının 40 faizinin dövlət tərəfindən subsidiyalaşdırılması mexanizmindən yararlana bilmirlər, çünki bu dəstək onlara şamil olunmur. Qlobal bazarlarda son illərdə gedən bahalaşma şəraitində quş əti istehsalçıları avadanlıq və texnologiyaları yeniləmək üçün tələb olunan yüksək məbləğli investisiya qoyuluşlarını özləri həyata keçirə bilmirlər.
Xüsusilə də bu gün quşçuluq təsərrüfatları köhnə və yaxuddakı ikinci-üçüncü əl işlədilmiş kəsim avadanlığı ilə işləyirlər. Nəticədə təsərrüfatlarda saxlanılan quşlar kəsim sexinin olmaması və yaxud olanların isə yararsız olduğuna görə diri halda satılır. Ölkəmizin özünü tam şəkildə quş əti ilə təmin etməsi, ixracın təmin olunması üçün digər problemlərlə yanaşı, bu problemin də həll olunması çox vacibdir. Yəni yetişdirilən quş mütləq sonucda kəsilərək istehlakçıya çatdırılmalıdır. Ancaq bu gün həm ölkəmizdə, həm digər ölkələrdə tələblər və normalar getdikcə yüksəldiyindən və dəyişdiyindən əldə olan texnologiya geri qalır və buna cavab vermir".
M.Həsənlinin sözlərinə görə, bütün qeyd etdiyi çətinliklərlə bağlı Azərbaycanın Baş naziri də daxil olmaqla, bütün əlaqədar strukturlara müraciət ediblər: “Müraciətlərimiz bir neçə dəfə olub, hələlik real addımlar atılmayıb. Ümid edirik ki, açıqlanan rəsmi statistikadan sonra məsələ gündəmə gətiriləcək”.
Xəbərin oxunma sayı : 1033
İqtisadiyyat
Xəbərlər
-
Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar
-
“Benfika“ya qarşı çəkinmədən oynayacağıq“ - Qurban Qurbanov
-
Prezident o evlə bağlı tapşırıq verdi - VİDEO
-
“İlon Mask “Tesla” səhmlərini 1 milyard dollara aldı” - “Bloomberg”
-
Keyfiyyətli təhsil ucuz başa gələ bilməz - NAZİR
-
Bakıda yenidənqurma işləri görüləcək yerlər hansı ərazilərdir? - VİDEO
-
Türk əsilli Sinan Selen gizli xidmətin rəhbəri oldu - Almaniyada tarixi ilk
-
“Qəzzada öldürülən fələstinlilərin sayı 680 min nəfərdir” - BMT dəhşətli rəqəm AÇIQLADI
-
Aeroportdan şəhər istiqamətinə yeni taksi qiymətləti - VİDEO
-
Boşanmaların səbəbi nədir və ya kimdir günahkar - AÇIQLAMA
-
Gələn ilin dövlət büdcəsi əsasən hara xərclənəcək? - VİDEO
-
Sabirabadda tükürpədən qətl: Söyüşə görə başını kəsib bədənindən ayırdı
-
1988-1992-ci illərdə ermənilərin cinayətlər ilə bağlı sənədlər tədqiq edilib - FOTOLAR
-
Azərbaycan futbolunda son 10 ilin rekordu təkrarlandı - 12:0
-
“Qızıl Ulduz 2001”də səyyar vergi yoxlaması - 400 min manat əlavə vergi, 200 min manat sanksiya
-
Milyarderlərin münaqişəsi: Mask Sorosu insanlığa qarşı cinayətdə ittiham etdi
-
Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı - Dələduzluq cinayəti
-
Sel körpünü dağıtdı, əhali çarəsiz qaldı: “Uşaqları məktəbə necə göndərək?“ (VİDEO)
-
Bilik günü: 288 nömrəli məktəbdə “birinci“lərin duyğuları - VİDEO
-
“İsraillə danışıqlar aparmağın mənası yoxdur“ - Qətər Əmiri
-
Şuşada külli miqdarda silah-sursat aşkarlandı - Video
-
Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
-
7 ay ərzində Azərbaycana 675 min smartfon gətirilib - Ölkələr və qiymətlər
-
Prezident Şuşada Bayraktaroğlunu qəbul etdi - Fotolar
-
Baş nazirdən sərəncam - Bakının bəzi əraziləri yenidən qurulacaq
-
19 milyon ayrılıb, amma... - Nərimanov Tibb Mərkəzində yenidənqurma niyə bitmir?
-
“Antiterror əməliyyatı hamıya dərs oldu“ - “Separatçıların kökünü kəsdik...“
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Vüsal 300“ kimi tanınan iş adamı həbs edildi - Əlavə ittiham verilib
-
Prezident Şuşada ICESCO-nun Baş direktorunu qəbul etdi - FOTOLAR
-
AYNA rəhbəri ABŞ-da gizlənən İlqar Hacıyevin milyonluq villasını alır: dənizə mənzərə + FOTOLAR
-
Yerdə son üç ayın ən güclü maqnit qasırğası başlayıb - Xəbərdarlıq
-
Prezident Xocalı sakinləri ilə görüşdü - FOTOLAR
-
“Ermənistan milli təhlükəsizlik strategiyasını təkmilləşdirməlidir“ - Qriqoryan
-
Şirvanda korrupsiya yoxlaması - Həbslər ola bilər
-
26 yaşlı Ləman skuterlə adam vurub: “Məndən 15 min istədilər”
-
“NATO “de-fakto“ Rusiya ilə müharibə aparır“ - Kreml
-
Leysan yağış, dolu yağacaq - Sabahın havası
-
Avtomobillər üçün vergi güzəşti - Dövlət Proqramında nə yazılıb?
-
Bakıda məktəb direktoru məhkəməyə verildi - SƏBƏB
-
Məhbusların da tibbi xərcləri İTS ilə qarşılanacaq - Qanun dəyişir
-
“Rusiya PUA-larının Ukrayna üzərində vurulması NATO ilə müharibə demək olacaq“ - Medvedev
-
Azərbaycan Türkiyə hərbi əməkdaşlığı müzakirə olundu - FOTOLAR
-
Elxan Məmmədov nazir təyin olunacaq? - Maraqlı iddia yayıldı
-
Məhəmməd Mirzəliyə qiyabi hökm oxunub - 6 il 6 ay həbs cəzası
-
Avropanın Rusiyaya qarşı sanksiyaları yetərincə sərt deyil - Tramp
-
Prezident Xocalı sakinləri ilə görüşdü - Fotolar
-
Ədliyyə Nazirliyi bu şəxslərə pul verəcək - SİYAHI
-
Terrora cəhd edən erməni bir il əvvəl nə deyirdi? - Müsahibə veribmiş... + VİDEO
-
Bakıda bu yollarda “yaşıl işıq”dır - SİYAHI
-
Prezident İlham Əliyev Xocalıda tut bağında - FOTOLAR
-
Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır - QİYMƏT
-
Xırdalanda yerləşən 9 nömrəli məktəbdə valideynlərdən pul yığılır - VİDEO
-
Prezident Xocalının 3 kəndində oldu - FOTOLAR
-
İsrailin Fələstindəki hərəkətləri regional ekspansionizmə çevrilib - Fidan
-
Qohum evliliyi qadağasından sonra nikahların sayı azaldı - STATİSTİKA
-
Zelenski-Putin görüşü daha tez baş tutacaq - Tramp
-
Yol polisindən sürücülərə - Müraciət
-
Bakının erməni-bolşevik işğalından azad olunmasından 107 il ötür
-
Kəlbəcərə növbəti köç yola düşdü - Fotolar
-
Azərbaycanda Bilik Günüdür - 2,2 milyon şagird təhsil alacaq
-
“Formula-1“ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO
-
Yağış yenə Sabunçuda yenə çətin vəziyyət yaratdı... - VİDEO
-
“Özünə hörmət edən insan orada yaşamazdı” - Prezident
-
Mağaza sahibini torpaq mübahisəsinə görə öldürmüşdü - Ali Məhkəmə qərar verdi
-
Separatçılığın kitabı bağlandı - İlham Əliyev
-
Polşa hava məkanına girən PUA-larda partlayıcı olmayıb - Sikorski
-
Çoxmərtəbəli tikililərdə gizli qüsurlar: Mütəxəssislər xəbərdarlıq edir
-
“Son beş ilin tarixi Zəfər tarixidir“ - Prezident İlham Əliyev
-
Dohada ərəb və İslam ölkələrinin görüşü keçirilir - İsrailin hücumu ilə bağlı
-
Türkiyə XİN Yunanıstana etiraz edib - “Belə təşəbbüslərdən çəkinməyə çağırırıq“
-
Gəncədə 40 yaşlı kişi bıçaqlandı - Şübhəli qardaşıdır
-
Prezident Xankəndidə açılışda iştirak etdi - Fotolar
-
Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - Tam siyahı
-
20 min cərimələnən məşhur şirkətdən maraqlı izah:“500 manat hədiyyə vermişdik“
-
Prezident Xocalı rayonunun Şuşakənd kəndində olub - FOTOLAR
-
Erməni əsilli şəxs Xankəndidə terror cəhdi etdi - Polisə atəş açıb, yaralanan var
-
Prezident Qırmızı Bazar qəsəbəsində olub - FOTO
-
QHT-lərin medal “yarış“ları - Satılan saxtakarlıq
-
Azərbaycan 4 ölkəyə 1 200 baş ətlik diri at satıb - Siyahı
-
Prezident Xocavənd rayonunun Sos kəndində olub - Fotolar
-
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb - VİDEO
-
Hadrutda inşa edilmiş məscidin açılışı oldu - Fotolar
-
Erkən nikahlar hansı faciələrə yol açır? - VİDEO
-
Musiqi məktəbərində təhsil haqqının 2 dəfə artırıldığı bildirilir - Narazılıq
-
İlham Əliyev Hadrut sakininin evində oldu - Fotolar
-
Qubada 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə vermək istədilər - Polis işə qarışdı
-
Prezident Qaraxanbəyli kəndinin təməlini qoydu - Fotolar
-
Azərbaycanda ən yüksək və ən aşağı əməkhaqqı bu sahələrdə verilir - Siyahı
-
Xəzər dənizi üzərində qorxulu təbiət hadisəsi baş verib - VİDEO
-
Ukrayna PUA texnologiyasında ABŞ-ı geridə qoyub - Kelloq
-
Bir sıra ərazilərə leysan, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
-
“Culfa“ gömrük postunda 63 kiloqram narkotik aşkarlandı - VİDEO
-
Avtomobil sevgimiz azalmır: Pozulan tarazlıq, artan tıxac
-
Zidan təyinatı ilə bağlı razılığa gəldi: Hansı komandanın baş məşqçisi olacaq?
-
Kirayə qaldığı evin sahibəsi ilə sevgili oldu, qadını bıçaqladı - Goranboyda cinayət
-
ABŞ-yə məxsus beş “F-35“ qırıcısı Puerto-Rikoya enib - “Reuters“
-
DSX-nin zabiti ehtiyatsızlıqdan açılan atəşlə öldü - Fotolar
-
“Moskvada pul çoxdur, amma bəs etmir” - Putin
-
Vətəndaş da qazanmaq istəyir, şirkət də - ARAŞDIRMA
-
İş adamına qarşı 170 minlik dələduzluq: “Pulu vermək üçün “Lexus“u 50 minə satdım“
-
“NATO ölkələri Rusiya neftini almağı dayandırarsa, sanksiyalar tətbiq edəcəyəm” - Tramp
-
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq - Aparıcının çıxışına görə
-
Ürək xəstəliklərini cavanlaşdıran səbəblər - ARAŞDIRMA
-
MN-dən gənc əsgərlərlə görüşə məhdudiyyətlə bağlı - Açıqlama
-
Trampla Putin gələn ay görüşə bilər - Malayziyada
-
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
-
Bu kursları bitirənlər həkim ola bilməz - RƏSMİ
-
Pakistanda hərbi konvoya hücum: Çox sayda əsgər həlak olub
-
Ən çox ev telefonları hansı bölgədədir? - Araşdırma
-
ABŞ G7 ölkələrinə Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyi təklif edəcək - “Bloomberg“
-
Yeniyetmənin öldüyü qəzada maşını azyaşlı idarə edirmiş - Yol polisindən xəbərdarlıq
-
Minimum nəticə göstərən musiqi müəllimləri işə bərpa oluna biləcəklər - VİDEO
-
Bakı və Vaşinqton Zəngəzur dəhlizinin açılmasında qərarlıdır - TƏHLİL
-
“Dr. Aysen” həkim sertifikatı olmadan stomatoloq kimi fəaliyyət göstərir - İDDİA
-
Tramp Memfis şəhərinə Milli Qvardiya göndərir - Cinayətkarlıqla mübarizə üçün
-
Kremlin “Yumşaq gücü“: Küləyə sovrulan milyonlar və Azərbaycanda uğursuzluq
-
“Barama“ bağçasında müəllimə uşağa şiddət göstərib? - VİDEO
-
Azyaşlı övladını öldürməkdə təqsirləndirilən ana saxlanıldı - VİDEO
-
İşığa görə bildiriş 6 aydan sonra gəlib - “İkiqat borc yazılıb“ VİDEO
TOP 10
ARXİV