“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Zaxarovadan şok iddia - Avropa liderləri narkotik istifadə edir? + VİDEO

Tarix 12.05.25, 12:19

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Maria Zaxarova Fransanın, Almaniyanın və Böyük Britaniyanın liderlərini narkotik istifadə etməkdə ittiham edib.

Bu barədə o, “Telegram” kanalından etdiyi paylaşımda Fransa Prezidenti Emmanuel Makron, Almaniya Baş naziri Olaf Merz və İngiltərə Baş naziri Kir Starmerin Ukraynaya gedərkən çəkilən video görüntüsünü paylaşıb.

Mariya Zaxarova Avropada “vaxtı keçmiş müvəqqəti liderlərin” rəhbərlik etdiyini vurğulayıb və daha sonra bunları yazıb:“Zelenskini növbəti qanlı oyuna və Avropada qan tökülməsinin davam etməsinə təhrik etdikdən sonra fransız, ingilis və alman qatara minib hava alıblar. Görünür, jurnalistlər gələnə qədər əşyalarını yığışdırmağı unudublar. Avropanın gələcəyini hər cəhətdən asılı və keçici liderlər həll edir”.

Rusiya XİN rəsmisi 2022-ci ildə Avropa səfirlərindən biri ilə dialoqunu da xatırladıb. Aİ təmsilçisi ona köhnə qitədə siyasi liderlərin narkotik istifadəçisi olmasının adi hal kimi qəbul edildiyini bildirib.

Qeyd edək ki, Fransa Prezidentinin Ofisi sosial mediada yayılan görüntülərə dərhal reaksiya verərək sözügedən iddiaları təkzib edib. Açıqlamada masanın üzərindəki ağ əşyanın “kokain paketi” deyil, sadəcə bir kağız parçası olduğu bildirilib.

Fransız rəsmiləri görüntülərin manipulyasiya olunduğunu iddia edərək bu iddiaların “Fransa düşmənləri” tərəfindən yayılan “saxta xəbərlər” olduğunu vurğulayıb. 







Xəbərin oxunma sayı : 238




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap