“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə öldü - Masallıda faciə

Tarix 12.05.25, 16:41

Font ölçüsü : - / +
bitmap-img6


Mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisində dəhşətli hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1990-cı il təvəllüdlü Fəyyaz Talıbov kənd ərazisindən keçən yolda aldığı xəsarətlərdən vəfat edib.

Belə ki, hadisədən əvvəl F.Talıbov özünə məxsus “Mercedes Vito” markalı avtomobili digər nəqliyyat vasitəsinə qoşaraq ustaya aparmaq istəyib. O, özü yedəyə alınmış avtomobilinin sükanı arxasına əyləşib və yola çıxıblar. Lakin kənd ərazisində hərəkətdə olarkən xüsusi trosla qarşıdakı avtomobilə bərkidilmiş “Mercedes Vito” idarəetmədən çıxıb.

Bunu görən Fəyyaz maşının aşacağını düşünərək avtomobilin qapısından özünü atmaq qərarına gəlib və belə də edib. O, yolun hərəkət hissəsinə düşüb və bu zaman əks tərəfdən gələn digər “Mercedes” markalı avtomobil 35 yaşlı Fəyyazı vurub. F.Talıbov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bildirilir ki, yolun ortasında qalmış F.Talıbovu vuran avtomobilin sürücüsü Osman Gözəlov hadisə yerindən yayınıb. O, Bakı şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb və Masallıya aparılaraq istintaqa təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.



Xəbərin oxunma sayı : 220




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap