“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

İcra başçısı Şirvanda baş verən “yaşıl ağacların qətliamdan“ xəbərsizdir? - VİDEO

Tarix 26.04.25, 10:54

Font ölçüsü : - / +
bitmap-img6


Şirvan şəhərində kəsilmiş ağacların yerində müxtəlif obyektlərin inşa olunması adi hal alıb.

AzFakt.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə Şirvan şəhəri Naxçıvan küçəsində yaşıllıqların gizli şəkildə məhv edilib. Belə ki, Heydər Əliyev prospekti ilə Naxçıvan küçəsinin kəsişməsindən və Naxçıvan küçəsi ilə irəli gedərkən yolun sağ kənarında ağaclar kəsildiyini, kəsilmiş ağacların kötükləri üzərində isə betonlanma işləri aparılıb. 

Məlumata görə ağacların kəsilməsini Şirvan şəhər icra başçısının müavini Orxan İbrahimovun atası Əhmədağa İbrahimovun adamları tərəfindən həyata keçirilib. Çünki kəsilmiş ağacların yerində salınan beton yol Şirvan şəhər icra başçısının müavini Orxan İbrahimovun atası Əhmədağa İbrahimovun obyektinə gedir. 

Bildirilir ki, Şirvan şəhərinin mərkəzində çoxlu sayda ağacın bir gecədə yoxa çıxmasından icra başçısı İlqar Abbasovun xəbərsiz olması mümkün deyil. 

Qeyd edək ki, icra başçının müavinin Orxan İbrahimovun atası Əhmədağa İbrahimov Baş Şirvan Kollektorunun istismarı idarəsinin rəisi vəzifəsində işləyir. Əhmədağa İbrahimovun Şirvan və Sabirabad rayonlarında xeyli sayda obyektlərinin olması barədə mətbuatda dəfələrlə məlumatlar dərc olunub.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.






Xəbərin oxunma sayı : 838




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap