Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Nazir Biləsuvarda vətəndaşları qəbul etdi - Fotolar

Tarix 14.11.25, 17:33

Font ölçüsü : - / +
bitmap-img6


Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Biləsuvar, Salyan, Neftçala, Şirvan və Hacıqabul rayonlarından olan vətəndaşları qəbul edib. ​

AzFakt.com xəbər verir ki, nazir tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbuldan öncə Məcnun Məmmədov və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayon icra hakimiyyətinin inzibati binasının foyesində Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, subsidiyaların verilməsi, torpaq sahəsinin ayrılması, işğaldan azad edilmiş ərazilərdə torpaq sahəsinin ayrılması, baytarlıq xidmətlərinin göstərilməsi, güzəştli şərtlərlə kredit ayrılması, suvarma suyu ilə təminat və digər məsələlərlə bağlı olub.

Nazir hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. M.Məmmədov vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

Daha sonra nazir Məcnun Məmmədov 1 Noyabr “Kənd Təsərrüfatı İşçiləri Günü” münasibətilə Kənd Təsərrüfatı Nazirliyində keçirilmiş “Əməkdaşların Tanınma Proqramı” çərçivəsində keçirilmiş sorğu əsasında seçilmiş DAİM əməkdaşlarını təşəkkürnamələrlə təltif edib.





Xəbərin oxunma sayı : 226




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap