“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq

Tarix 04.07.25, 14:03

Font ölçüsü : - / +
bitmap-img6


Avro sürətlə dəyər qazanır. Bu da beynəlxalq aləmdə ciddi narahatlıq doğurur. Məsələn Avropa Mərkəzi Bankının (ECB) rəsmiləri avronun sürətlə bahalaşmasının inflyasiyanı 2% səviyyəsində saxlamaq cəhdlərini poza biləcəyindən narahat olublar.

ABŞ Prezidenti Donald Trampın ticarət siyasəti nəticəsində dollara inamın azalması səbəbindən avro bu il dollara qarşı təxminən 14% dəyər qazanıb.

ECB-nin vitse-prezidenti Luis de Guindos xəbərdarlıq edib ki, avro/dollar 1.20-dən yuxarı qalxarsa, problem yaranacaq.

Qeyd edək ki, 1 avronun qiyməti 1,18 dollara yaxınlaşıb.

Azərbaycanda vəziyyət necədir?

Azərbaycan Mərkəzi Bankının açıqladığı rəsmi məzənnələrə görə isə 1 avro 2 manat səviyyəsini də keçərək 2.0035 manat olub.

Məlumat üçün bildirək ki, Azərbaycanda sonuncu dəfə Avronun rəsmi məzənnəsi 2 manatdan yüksək 17.09.2021-ci il tarixində olmuşdu. Həmin gün Avronun rəsmi məzənnəsi 2.0014 manat olmuşdu.

Hansı məhsullar bahalaşacaq?

AzFakt.com xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, avronun bahalaşmasının Azərbaycana yan təsirləri qaçılmazdır:

"Yaxın zamanda Avrozonadan gələn məhsullar bahalaşacaq. Məlumdur ki, Avrozonadan böyük ölçüdə mal və məhsullar idxal edirik. Bu idxal məhsullarına avtomobillərdən tutmuş ərzaq mallarına qədər çox şey daxildir. Yəni Avropadan aldığımız bütün məhsullar manatla ifadədə bahalaşacaq. Bu bahalaşmanı yaxın zamanda aydın şəkildə görəcəyik".



Xəbərin oxunma sayı : 259




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap