“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Səudiyyə Ərəbistanında ABŞ ilə görüş texniki xarakter daşıyacaq“ - Ukrayna XİN

Tarix 21.03.25, 21:17

Font ölçüsü : - / +
bitmap-img6


Səudiyyə Ərəbistanında keçiriləcək Ukrayna və Amerika nümayəndə heyətləri arasındakı görüş siyasi deyil, texniki xarakter daşıyacaq.

“Report” “İnterfaks-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Heorhi Tıxı bildirib.

“Bu, hazırda təqdim edilmiş müxtəlif atəşkəs rejimləri ilə bağlı təkliflərin parametrlərinin müəyyən ediləcəyi bir görüşdür. Biz dövlət olaraq 30 günlük tam atəşkəslə bağlı konkret amerikan təşəbbüsünü təklif etdik və razılaşdıq. Biz bunu hələ Ciddədə olarkən qəbul etdik”, – o, Kiyevdə brifinqdə deyib.

Onun sözlərinə görə, əgər “Putin və Rusiya bu təklifi qəbul etsəydi, atəşkəs artıq qüvvəyə minmiş bilərdi”.

“Bunun əvəzinə biz Kremldən yeni şərtlər, söhbətlər, təkliflər, manipulyasiyalar və bu kimi şeylər görürük”, – Tıxı əlavə edib.

O həmçinin qeyd edib ki, Ukrayna Səudiyyə Ərəbistanında keçiriləcək danışıqları siyasi proses deyil, ikitərəfli Ukrayna – Amerika texniki danışıqları kimi nəzərdən keçirir.

“Orada siyasi səviyyədə artıq qəbul edilmiş qərarların detalları və həyata keçirilməsi müzakirə olunacaq. Yəni bütün detalları aydınlaşdıra biləcək Ukrayna və Amerika tərəfindən peşəkar insanlar görüşməlidirlər, bunun necə görünməli olduğunu müəyyən etməlidirlər. Bunun necə işləyəcəyini, kimin nəzarət edəcəyini, monitorinqin necə həyata keçiriləcəyini başa düşmək lazımdır”, – XİN rəsmisi söyləyib.

Tıxı əlavə edib ki, xarici işlər naziri Andriy Sibiha görüşdə iştirak etməyəcək, çünki bu “siyasi səviyyə” deyil və orada “hərbi komponent” olacaq.



Xəbərin oxunma sayı : 925




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap