“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

2 dostun dələduzluq planı: Sosial ev adı ilə qaçqınlar binasını göstərdilər

Tarix 24.03.25, 15:57

Font ölçüsü : - / +
bitmap-img6

 
Övladı əlil olan qadını aldadaraq 7 min manat pulunu ələ keçirən dostlar məhkəmə zalında həbs edilib. Onlar qadına əlil oğluna görə güzəştli mənzil alacaqlarını vəd edərək aldadıblar.

Musavat.com xəbər verir ki, 39 yaşlı Elçin və 44 yaşlı Fəyyaz birlikdə Vəfa Əliyevaya qarşı dələduzluq ediblər.

Onlar Vəfa Əliyevanın oğlunun əlil olduğuna görə ona güzəştli ev alacaqlarını deyiblər. Həmçinin Vəfa Əliyevanın qızını Abşeron Rayon İcra Hakimiyyətinə işə düzəldəcəklərini bildiriblər.

Onlar Vəfa Əliyevanın oğlunun əlil olmasını “TikTok” sosial şəbəkəsindən öyrəniblər. V.Əliyevanın oğlunun “TikTok” səhifəsi var imiş. İki dost bazarlıq edərək Vəfa Əliyevanın evinə ziyarətə gediblər. Bir müddət sonra Elçin Fəyyazı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edərək onlara güzəştli ev ala biləcəklərini deyiblər. Hətta Vəfa Əliyevanı Masazır qəsəbəsində qaçqınlar üçün tikilmiş binaya apararaq evin orada olduğunu deyiblər.

Vəfa Əliyevadan 7 min manat pul alıblar. İstintaq dövründə onlar dəymiş zərərin 2 min manatını ödəyiblər. Zərərçəkmiş qadın hər iki şəxsdən şikayətçi olduğunu deyib.

Təqsirləndirilən şəxslər əməllərindən peşman olduqlarını bildiriblər.

Məhkəmənin hökmü ilə hər iki şəxs 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Barələrində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Elçin və Fəyyaz məhkəmə zalında həbs ediliblər.



Xəbərin oxunma sayı : 802




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap