Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

Virusların “qorxulu yuxusu“ - Antioksidant tərkibli 5 meyvə

Tarix 22.11.24, 21:45

Font ölçüsü : - / +
bitmap-img6


C vitamini immun sistemini gücləndirən, dəri sağlamlığını yaxşılaşdıran və ümumi sağlamlığı dəstəkləyən ən təsirli antioksidantlardan biridir.

Vücudumuz tərəfindən istehsal edilmədiyi üçün onu yalnız qida vasitəsilə əldə edə bilərik. Ən yaxşı mənbələri isə təzə meyvələrdir. C vitamini ilə zəngin meyvələr bədənimizi sərbəst radikallardan qoruyaraq hüceyrələrimizi gücləndirir və xəstələnməyin qarşısını alır.

Portağal - C vitamini dedikdə ağla ilk gələn meyvədir. Bir ədəd portağal gündəlik C vitamini ehtiyacınızı qarşılayır. Antioksidant xüsusiyyətləri ilə immun sistemini gücləndirir. Portağal qan dövranını tənzimləyir və həm də çox dadlıdır.

Qreyfurt - yüksək C vitamini ehtiva edir. Az kalorili olması və metabolizmanı sürətləndirməsi ilə pəhriz edənlərin dostudur. Bununla yanaşı, bədənin toksinlərdən təmizlənməsinə kömək edir və qan şəkərini tənzimləyir.

Kiv - kiçik ölçüsünə baxmayaraq vitamin mənbəyidir. Bir kivi gündəlik C vitamini ehtiyacınızı ikiqat qarşılayır. Lif və E vitamini ilə zəngin olan kivi həzmi dəstəkləyir, dəri sağlamlığını qoruyur və yuxu nizamını tənzimləyir.

Çiyələk - həm dadlıdır, həm də C vitamini ilə zəngindir. İltihaba qarşı faydalıdır. Çiyələk uzun müddət istifadə edildikdə dəridəki ləkələri azaldır, ürək sağlamlığını dəstəkləyir və xərçəng riskini azaldır.

Ananas - tropikal C vitamini mənbəyidir və bədənin immun sistemini gücləndirən bromelain enzimi ilə məşhurdur. İltihabları azaldır, sümük sağlamlığını dəstəkləyir və yaraların sürətli sağalmasına kömək edir. Onun təravətli və şirin dadı hər mövsüm masalarımıza rəng qatır.

C vitamini çatışmazlığı, immunitet sisteminin zəifləməsinə və dəri sağlamlığının pisləşməsinə səbəb ola bilər. Buna görə də, portağal, kivi, çiyələk, ananas kimi meyvələri müntəzəm olaraq istehlak etmək, sağlamlığınıza yatırım etmək üçün vacibdir.



Xəbərin oxunma sayı : 508




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap