Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“Nurgün Holdinq”in müammalı fəaliyyəti: Əli Kərimliyə avtomobil bağışlayan Nuru Əliyev kimdir?

Tarix 02.12.25, 19:23

Font ölçüsü : - / +
bitmap-img6


AXCP sədri Əli Kərimlinin həbsi onun keçmişini də gündəmə gətirdi...

Əbülfəz Elçibəyin dönəmində iqtidarla yaxın təmasdakı birinci müavin olarkən Əlo Kərimlinin sürdüyü maşın cəbhəçilərin dilindəydi.

Yenicag.az xəbər verir ki, maşından daha çox o avtomobilin hədiyyə olunması müzakirə edilirdi.

Belə ki, Əli Kərimliyə ilk “Nissan Maxima”sını “Nurgün Holdinq”in prezidenti Nuru Əliyevin bağışladığı o dövrün cəbhəçilərinin dilində əzbərə dönmüşdü. O dönəm mediada da öz qəzeti (“Ekspress”) ilə AXCP-nin “Yurd” qanadına dəstək verən “Nurgün Holdinq” Azərbaycan milli burjuaziyasının ilk qaranquşlarından hesab olunurdu.

Azərbaycanda avtomobildən supermarketlər zəncirinə qədər geniş sahədə ad çıxaran “Nurgün Holdinq”ə aşağıdakı şirkətlər daxildir:

– “Nissan Azərbaycan”

– “Infiniti Azərbaycan”

– “Ford Azərbaycan”

– “Renault Azərbaycan”

– Nurgün İnşaat

– “Bello” Yuyucu Vasitələr Fabriki

– Salyan Süd zavodu

– “Kaspian Transport”

– “Kontinental” mağazalar şəbəkəsi

– “NICOS” kosmetika məhsulları, “Active” qabyuyan mayeləri, “BIOSENSE” şampunları, “Rocchetta”, “Vittel” və “Erikli” sularının, “Havoline” və “Ardeca” yağlarının idxalçısı  və s.

Bir müddət öncə “NBC Bank” və “Rəvan Sığorta” kimi bank və sığorta sektorunda da olmaq istəyən “Nurgün Holdinq” oradakı rəqabətə davam gətirə bilmədi. Ancaq digər sahələrdə mövcudiyyətini davam etdirən Nuru Əliyev haqqında iddialar Əli Kərimliyə maşın bağışlamasından başqa məsələlərlə də bağlıdır.

Belə ki, N.Əliyev nadir iş adamlarından biridir ki, onu şəxsən tanıyanların sayı olduqca azdır. Hətta holdinqə məxsus heç bir saytda nə holdinqin rəhbəri, nə rəhbərliyində təmsil olunan şəxslər haqqında bir cümlə də olsun məlumat yoxdur. 30 ildən artıqdır, Azərbaycan bazarında çalışan, iri layihələrdə pay sahibi olan bir şirkətin rəhbərliyi haqqında ictimaiyyətə açıq informasiya təqdim edilməməsi suallar yaradır.

Eləcə mediada Nuru Əliyevin müxalifətin bir qanadı ilə yaxınlığına dair söyləntilər də Əli Kərimlinin gündəmdə olduğu dönəmdə diqqət çəkir.

Yazıda adı çəkilən şəxs və qurumların mövqeyini yayınlamağa hazırıq.



Xəbərin oxunma sayı : 112




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap