Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı

Tarix 06.10.25, 16:57

Font ölçüsü : - / +
bitmap-img6


Neft satışı ilə məşğul olan Adnan Əhmədzadənin cinayət işi üzrə dindirildiyi deyilən SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayevin qohumu Anar Əlizadənin ölkədən çıxışına qoyulan məhdudiyyət götürülüb.

AzFakt.com Gununsesi.info-ya istinadən xəbər verir ki, Anar Əlizadə 3 gün öncə Azərbaycanı tərk edərək Dubaya yollanıb.

İddialara görə Adnan Əhmədzadə ittiham olunduğu cinayətlərə görə vaxtilə ona kuratorluq etmiş Anar Əlizadəni günahkar elan edib.

Məhz Adnan Əhmədzadənin bu ifadəsinə görə Anar Əlizadənin istintaq tərəfindən dindirildiyi bildirilir.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Qeyd edək ki, Adnan Əhmədzadə uzun illər SOCAR-ın rəhbər vəzifələrində çalışıb, həm ölkə daxilində, həm də xaricdə böyük biznes şəbəkəsi ilə tanınıb. O, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavinidir. Onun həbsi Azərbaycan enerji sektorunda rezonans doğurub.

Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azəri Layt” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə əlaqələndirilir. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.



Xəbərin oxunma sayı : 1066




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap