“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Hansı ölkələrdən Naxçıvana nə qədər pul köçürülüb? - Siyahı

Tarix 19.07.25, 18:10

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin may ayında Naxçıvan Muxtar Respublikasına xarici ölkələrdən 595,2 min dollar, Azərbaycanın digər bölgələrindən isə 700,1 min dollar pul köçürülüb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən köçürülən pulların 72,3% və ya 430,2 min dolları iki ölkənin – Rusiya (94,7 min dollar) və Türkiyənin (335,3 min dollar) payına düşüb.
Bu ölkələrdən sonra ən çox pul ABŞ (54 min dollar), Gürcüstan (48,9 min dollar), Qırğızıstan (20,4 min dollar), Qazaxıstan (13 min dollar), Almaniya (9,8 min dollar), Kipr (3,7 min dollar) və Özbəkistandan (3,7 min dollar) köçürülüb.
Xaricdən köçürülən pulların 290,5 min dolları Naxçıvan şəhərinin, 91,8 min dolları Şərur, 54,7 min dolları Ordubad, 50,8 min dolları Kəngərli, 47 min dolları Babək, 40,5 min dolları Culfa, 16,6 min dolları Şahbuz, 3,3 min dolları Sədərək rayonunun payına düşüb.

Azərbaycanın digər bölgələrindən Naxçıvan Muxtar Respublikasına göndərilən pulların 696 min dolları Naxçıvan şəhərinin, 4,1 min dolları Şərur rayonunun payına düşüb. Azərbaycanın digər bölgələrindən Muxtar Respublikanın başqa rayonlarına isə may ayı ərzində bank sistemləri vasitəsilə pul köçürülməyib.
Onu da qeyd edək ki, may ayı ərzində Cənubi Afrika Respublikasından Şərur rayonuna min dollar, Naxçıvan şəhərinə isə 200 dollar köçürülüb.



Xəbərin oxunma sayı : 337




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap