“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Xəzər TV”yə xəbərdarlıq edildi - Bu sözlərə görə

Tarix 18.07.25, 16:41

Font ölçüsü : - / +
bitmap-img6


Audiovizual Şura onlayn iclasında “Xəzər TV” kanalına xəbərdarlıq edib.

AzFakt.com xəbər verir ki, iclasda kanalın efirində iyulun 16-da yayımlanan “Qonaqcanlı” proqramı zamanı səsləndirilən fikirlər müzakirə olunub.
“Qeyd olunan proqramda kişi-qadın münasibətləri mövzusunda müzakirələr zamanı aparıcının “Evdə kimin səsi zildən çıxmalıdır? Kişinin yoxsa qadının?” sualına qonaq “Kişinin səsi zil çıxmalıdır da. Azərbaycan ailəsidir. Bilirsiniz, o yerdə ki, qadın idarəçiliyi var, orda mənə elə gəlir k, din-bərəkət yoxdur. Onu gərək xanımlar özləri bilələr ki, Allah kişini üstün yaradıb. Bunu yaradan o cür yaradıb. Yəni ona görə qadın… Evdə əlbəttə, kişinin səsi olmalıdır. Əgər o kişidirsə...” məzmunda cavab verib.

Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər “Media haqqında” qanunun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi ayrıseçkiliyin təbliği kimi qeydə alınmış, daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.
Şura üzvləri məsələni ətarflı müzakirə etmiş və yekdilliklə bu dialoqun cinsi ayrıseçkiliyin təbliği kimi təfsir olunması qənaətinə gəliblər. Belə ki, proqramda cinsi ayrı-seçkilik zəminində fikirlərin ifadə edilməsinə aparıcının əvvəlcədən hazırlayaraq verdiyi sual rəvac verib.
Həmçinin qonağın fikirlərinə aparıcının hər hansı reaksiya bildirməməsi də, cinsi ayrı-seçkiliyin təbliğinə xidmət edə bilən fikirlərə yer verilməsi kimi qiymətləndirilib.

Sonda Audiovizual Şuranın üzvləri “Xəzər TV” televiziya kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəlib, bütün yayımçılardan bu cür mövzuların müzakirələri zamanı qanunvericiliyin tələblərini əsas tutmaları tələb olunub”, - məlumatda deyilir.



Xəbərin oxunma sayı : 202




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap