Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“Əhalinin azı 95 %-i icbari tibbi sığorta ilə tam əhatə olunacaq“ - Sahil Babayev

Tarix 02.12.25, 18:38

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda əhalinin azı 95 %-i icbari tibbi sığorta ilə tam əhatə olunacaq.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib.

"İcbari tibbi sığortada son dəyişikliklərlə bağlı məlumat vermək istəyirəm. Nəyə görə bu dəyişikliklər tamamilə tərsinə təqdim olunmağa çalışıldı? Bu gün mövcud qanunumuza baxsaq, qeyd olunub ki, icbari tibbi sığorta haqqını muzdla işləyənlər və bir sıra fərdi sahibkarlar istisna olmaqla digər bütün şəxslər ödəyir. Və biz bəlli bir dövrlərlə bu maddənin tətbiqini bir il gecikdirdik. Dövlətin icbari tibbi sığorta haqqının qarşıladığı şəxslərin sayını biz dəyişikliklərlə 9 dəfə artırırıq. Bu, dövlətin atdığı böyük bir addımdır.

Biz göstəririk ki, bəlli bir kateqoriya insanların hamısı, yəni uşaqlar, pensiyaçılar, deməli, əlilliyi olan insanlar, əmək qabiliyyətsiz şəxslər, işsizlər dövlətin hesabına sığortalanacaq. Nəyə görə bu, tam əksinə qeyd olunur ki, işsizlər sığortalanmayacaq? Əksinə, ilk dəfə qanunvericilikdə birbaşa göstərilir ki, işsizlər də sığortalanacaq. Və növbəti ilin büdcəsində bu məqsəd üçün 900 milyon manat vəsait var. Bu, təqribən 7,3-7,5 milyon insanımızın sığorta haqqıdır. Əlavə olaraq təqribən 2 milyon insanımız muzdlu əmək müqaviləsi ilə çalışır. Onların da sığortasını əmək müqaviləsinin şərtlərinə uyğun olaraq işçi və işəgötürən qarşılayır. Fərdi sahibkarlarımızın da sığortasını onlar qarşılayır. Yəni minimum əhalinin 95%-i sığorta zərfilə tam şəkildə əhatə olunacaq", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, yalnız işləyən, gəliri olan və onu gizlədən, qeyri-formal məşğul olan şəxslər kənarda qalacaq: "Qeyri-formal fəaliyyət göstərmək özü qanunvericiliklə qadağan edilib. Və biz deyirik ki, yalnız qanunvericiliklə qadağan edilmiş şəkildə fəaliyyət göstərən insanlar sığortasını özləri ödəyəcək. Bunun müəyyən edilmə meyarları nədir? Bununla bağlı da təqdim olunmuş layihədə qeyd olunub, xüsusi qaydalar olacaq və onların müəyyən edilmə meyarları da elektron şəkildə olacaq. Fərdiləşdirilmiş məlumat əsasında, təqdim olunan şəxsiyyət vəsiqəsi nömrəsi əsasında müəyyən ediləcək ki, bu insanlar hansı kateqoriyalara düşür. O kateqoriyaya düşməyən insandan da gəlirinin mənbəyi soruşulacaq. Və onlar da sığortadan kənar qalmır. Əksinə, onlar üçün də imkan yaradılır ki, birdəfəlik sığorta haqqı ödəməklə istənilən məbləğdə olan tibbi xidmətdən yararlansınlar. Yəni əksinə, təqdim olunan bu yenilik əhalimizin sosial sığorta ilə əhatə olunması istiqamətində növbəti güzəştli və müsbət bir addımdır".



Xəbərin oxunma sayı : 337




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap