Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Azərbaycan xaricdən niyə 7,1 milyard borc alıb? - Səbəbi açıqlandı

Tarix 30.10.25, 14:10

Font ölçüsü : - / +
bitmap-img6


Bu il oktyabrın 1-ə olan vəziyyətə görə, Azərbaycanın ümumi dövlət borcu 25 milyard 365,1 milyon manat təşkil edib.

Yeniavaz.com Maliyyə Nazirliyindən açıqlanan məlumatlara istinadən xəbər verir ki, bu göstərici Ümumi Daxili Məhsulun (ÜDM) 19,5 faizinə bərabərdir.
Borcun 8 milyard 318,3 milyonu (32,8 faiz) xarici, 17 milyard 46,8 milyonu (67,2 faiz) isə daxili dövlət borcudur.

Xarici dövlət borcu 2025-ci ilin əvvəlindən 402,2 milyon manat azalıb və ÜDM-in 6,4 faizini təşkil edib. Öhdəliklərin yarıdan çoxu – 50,7 faizi 5 ilədək müddətədir, 43,9 faizi 5-10 il aralığında, 5,4 faizi isə 10 ildən çox müddətə aiddir. Əksər xarici borclar ABŞ dolları ilə götürülüb. Onların payı 85,3 faizdir. Avro ilə borclar 6,3 faiz, beynəlxalq vahidlər (XDR) 3,4 faiz, yapon yeni 3,3 faiz təşkil edir. Digər valyutaların payı 1,7 faizdir.

Dövlət büdcəsindən xarici dövlət borcuna xidmət üçün bu ilin 9 ayında 1 milyard 66,86 milyon manat xərclənib. Bunun 740,8 milyon manatı əsas borcun, 326 milyon manatı isə faiz borcunun ödənilməsinə yönəlib.
Daxili dövlət borcu isə 17 milyard 46,8 milyon manat təşkil edib. Bu, ilin əvvəlindən 1 milyard 612,9 milyon manat çoxdur və ÜDM-in 13,1 faizinə bərabərdir. Daxili borcun əsas hissəsi dövlət istiqrazlarının payına düşür. Onların ümumi həcmi 7 milyard 987 milyon manatdır.

Dövlət istiqrazlarının 3 faizi 1 illik, 56,3 faizi 2-3 illik, 40,7 faizi isə 5 və daha çox illik müddətədir. Orta ödəmə müddəti 3,52 ilə yüksəlib.

2025-ci ilin oktyabrına olan vəziyyətə görə dövlət zəmanətli borcların məbləği 10 milyard 686,5 milyon manat olub. Bunun 84,4 faizi xarici, 15,6 faizi isə daxili borclardır.

Xarici zəmanətli borcun 79,1 faizi və ya 7 milyard 134,6 milyon manatı “Cənub Qaz Dəhlizi” QSC tərəfindən cəlb olunan kreditlərdir. Zəmanətli borcların 63,3 faizi ABŞ dolları, 18,5 faizi avro, 12,4 faizi manat, 3,9 faizi yapon yeni ilə ifadə olunub.



Xəbərin oxunma sayı : 811




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap