“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Vəzifəli şəxs cəzalandırıldı - 1400 manata sürücülük vəsiqəsi alacaqmış...

Tarix 02.07.25, 19:54

Font ölçüsü : - / +
bitmap-img6


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyindəki “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Xətai Rayon Sürücülük Məktəbinin direktoru olmuş Rizvan Salmanov dələduzluqda ittiham olunub.

Musavat.com xəbər verir ki, Rizvan Salmanov sürücülük vəsiqəsi almaq istəyən şəxsi aldadaraq onun 1400 manatını ələ keçirməkdə ittiham olunub.

R.Salmanov bildirib ki, 2020-2023-cü ilə qədər qeyd edilən sürücülük məktəbinin direktoru olub. Lakin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC ləğv edildikdən sonra işsiz qalıb.

O, Tacir adlı şəxsə sürücülük vəsiqəsi almaqda kömək edəcəyini deyərək 1400 manatını ələ keçirib. Lakin sonra zənglərə cavab verməyərək həmin şəxsi aldadıb. Aldığı pulun cəmi 300 manatını qaytaran Salmanov deyib ki, qalan məbləği hər ay aldığı pensiyadan ödəyə bilər.

Zərərçəkmiş tərəf Rizvan Salmanovdan şikayətçi olduğunu, pulunu tələb etdiyini bildirib.

Məhkəmə 68 yaşlı Rizvan Salmanov barəsində 1 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.



Xəbərin oxunma sayı : 322




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap