“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azər Qasımlı barəsində cinayət işi məhkəmə baxışına verilib - Vəkilin vəsatəti təmin edilməyib

Tarix 02.07.25, 19:21

Font ölçüsü : - / +
bitmap-img6


Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə növbəti hazırlıq iclası keçirilib.

AzFakt.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə vəkil Aqil Layıc vəsatətlər verib.

Onun ilk vəsatəti Azər Qasımlı ilə zərərçəkmiş Qurbanəli Yusifovun Mingəçevir Rayon Məhkəməsi və Şəki Kommersiya Məhkəməsində qeydə alınmış video görüntülərinin sübutlara əlavə edilməsi ilə bağlı olub.

Digər vəsatəti ibtidai istintaqda ifadəsi alınan şahidlər Rəvan Məmmədov və Nəriman İsmayılovun məhkəmədə dindirilməsi ilə əlaqəli olub.

O, üçüncü vəsatətində isə Azər Qasımlının yanında əyləşməsini xahiş edib: "Azər Qasımlı məhkəmənin gördüyü ən mədəni insandır. Mən belə, ondan daha təhlükəliyəm...Ona görə sizdən xahiş edirəm ki, onun mənim yanımda əyləşməsinə icazə verəsiz".

Azər Qasımlının digər vəkili Rövşanə Rəhimli prosesdə iştirak etməyib. O, məhkəməyə ərizə ilə müraciət edərək icraata xitam verilməsini xahiş edib. O, şahidlərin siyahısında olan üç nəfərin adının da həmin siyahıdan çıxarılması ilə bağlı vəsatət təqdim edib.

Dövlət ittihamçısı vəsatətlərin baxılmamış saxlanılmasını təklif edib. O, bildirib ki, həmin vəsatətdə göstərilənlər hazırlıq iclasının predmeti deyil.

Məhkəmə müdafiəçilərin vəsatətini təmin etməyib. Prosesdə cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Baxış iclası iyulun 16-na təyin edilib.

Qeyd edək ki,  Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.



Xəbərin oxunma sayı : 352




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap