“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycanlıların ölümündə əli olduğu deyilən rus polislər - FOTO

Tarix 02.07.25, 12:29

Font ölçüsü : - / +
bitmap-img6


Son günlərdə ölkə gündəmini zəbt edən azərbaycanlılara qarşı hücumda iştirak etdikləri ehtimal olunan Rusiya polis əməkdaşlarının fotoları mediada yayılıb.

Bu barədə Rusiyanın “Evocation” teleqram kanalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, həmin şəxslər Rusiya polisinin mütəşəkkil cinayətkar qrupunun rəhbərliyi və üzvləridir. Onların arasında polkovnik Viktor Poznyak (1984-cü il təvəllüdlü), onun müavini və istintaq idarəsinin rəhbəri polkovnik Nikolay Poçayevets (1981), digər müavin polkovnik-leytenant Rafael Xamidulin (1984) və kadr məsələlərinə cavabdeh müavin Aleksandr Smirnıx (1990) yer alır.

Bu polis zabitlərinin ölümlə nəticələnən insident zamanı vəzifə səlahiyyətlərini aşaraq hərəkət etdikləri və bu səbəbdən məsuliyyət daşıdıqları bildirilir.

Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı ünvanlara reyd keçirib. Həmin əməliyyat zamanı tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşları – Ziyəddin və Hüseyn Səfərovlar güllələnərək öldürülüb, bir neçə nəfər isə saxlanılıb.






Xəbərin oxunma sayı : 385




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap