“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

PKK yaxın günlərdə silahları təhvil verəcək - Hakim partiya sözçüsü açıqladı

Tarix 02.07.25, 11:42

Font ölçüsü : - / +
bitmap-img6


PKK terror təşkilatının 50 döyüşçüdən ibarət ilk qrupu 10 gün ərzində İraqın şimalındakı Dəhuk şəhərində silahlarını təhvil verəcək.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik çərşənbə axşamı verdiyi açıqlamada bildirib ki, PKK terror təşkilatı yaxın günlərdə silahlı mübarizəyə son qoyaraq silahı yerə qoya bilər.

Onun sözlərinə görə, qarşıdakı günlər “terrordan azad bir Türkiyə” üçün olduqca əhəmiyyətli olacaq. AKP rəsmisi bu prosesin ölkədə təhlükəsizliyin möhkəmlənməsi və uzun illər davam edən münaqişənin sona çatması baxımından dönüş nöqtəsi ola biləcəyini vurğulayıb.

İraq Kürdüstanında yerləşən iki ayrı siyasi mənbə də bu xəbəri təsdiqləyib. Onların bildirdiyinə görə, PKK-nın bir fraksiyası yaxın günlərdə Süleymaniyyə şəhərində silahı yerə qoyacaq.

Türkiyənin "Hürriyet" qəzetinin məlumatına görə, əvvəllər özünü buraxdığını elan edən təşkilatın tərksilah olunması prosesi sentyabra qədər başa çata bilər.

Bildirilir ki, döyüşçülərin silahlarını təhvil verməsi Türkiyə, İraq mərkəzi hakimiyyəti və İraq Kürdüstanı administrasiyasının nümayəndələrinin nəzarəti altında həyata keçiriləcək.

"Hürriyet" vurğulayır ki, sözügedən proses digər ölkələrin və BMT-nin nümayəndələrinin iştirakı olmadan baş tutacaq: "Bütün döyüşçü düşərgələri daha sonra İraq hakimiyyətinin nəzarətinə keçəcək".

Xatırladaq ki, 5-7 may tarixlərində keçirilən PKK-nın 12-ci qurultayında terror təşkilatı özünü buraxması barədə qərar qəbul edilib.



Xəbərin oxunma sayı : 379




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap