“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb

Tarix 30.06.25, 15:37

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Futbol Federasiyası (TFF) milli futbol komandasının baş məşqçisi Vinçenzo Montella ilə 2 illik yeni müqavilə imzalayıb.

Yeni razılaşma İstanbulun Riva bölgəsində keçirilən rəsmi imza mərasimində elan olunub. TFF prezidenti İbrahim Hacıosmanoğlu mərasimdə Montellanın komandaya qazandırdığı kollektiv ruh və uğurları yüksək qiymətləndirib. Montella isə emosional çıxışında Türkiyədə işləməkdən duyduğu məmnuniyyəti ifadə edib və Türk vətəndaşı olmaq istədiyini bildirib.

Vinçenzo Montella çıxışında yeni müqavilənin onu çox duyğulandırdığını deyərək, Türkiyədə işləməkdən böyük məmnuniyyət duyduğunu ifadə edib. O, federasiya rəhbərliyi ilə eyni baxışlara sahib olduqlarını vurğulayıb.

“Bu gün imzaladığım müqavilə mənim üçün çox özəldir. Çünki 21 sentyabrda işə başladım – bu gün atamın doğum günüdür. Ailə mühiti yaratmaqda bizə kömək edən futbolçulara minnətdaram. Qarşılıqlı güvən sayəsində bir çox uğura imza atdıq. 16 ildən sonra Avropa Çempionatının qrup mərhələsində lider olaraq çıxdıq, Almaniyaya 72 ildən sonra səfərdə qalib gəldik”, -deyə o, qeyd edib.

İtalyan məşqçi açıqlamasında Türkiyəyə dərin bağlılıq hiss etdiyini deyib və “Türk vətəndaşı olmaq çox istərdim, həm də çox”, – sözləri ilə ölkədə qalmaq niyyətini bir daha vurğulayıb. O, Türk dilini öyrənmək üçün çalışdığını da zarafatla əlavə edib:“Yanımda diqqətli olun, artıq Türkçəni başa düşməyə başlamışam”.



Xəbərin oxunma sayı : 268




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap