“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir

Tarix 30.06.25, 11:14

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Ukraynanın Sumı vilayəti istiqamətində yeni hücum mərhələsinə keçib və bu bölgəyə 50 minə yaxın hərbçi toplayıb. Ukrayna ordusu burada üç dəfə az qüvvə ilə mübarizə aparır.

Bu barədə ABŞ-nin "The Wall Street Journal" nəşri məlumat yayıb.

Məlumata görə, Rusiya ordusu artıq Kursk vilayətindəki ukraynalı qüvvələri sıxışdıraraq sərhədi keçib və hazırda Sumı şəhərindən cəmi 20 km məsafədədir. Moskvanın yeni hədəfi Sumı vilayətinin mərkəzidir və Kreml burada canlı qüvvə üstünlüyündən istifadə etməyə çalışır.

Ukraynalı hərbçilərin sözlərinə görə, son bir ildə cəbhə xətti 150 km genişlənərək artıq 1200 km-ə çatıb. 

Qeyd olunur ki, bu ayın əvvəlində Ukrayna vəziyyəti sabitləşdirmək üçün Hərbi Kəşfiyyat İdarəsinin elit bölmələrini Sumıya göndərib. Bundan sonra rus ordusunun irəliləməsi əsasən dayandırılsa da, bölgədə vəziyyət gərgin olaraq qalır və Ukrayna ordusu əksər mövqelərdə sayca geri qalır.

“Onların sayı bizim üçün böyük problemdir. Amma bu, bizi məğlub etməyə kifayət deyil”, – “Ximera” bölməsinin komandiri Kappa bildirib. Onun sözlərinə görə, Rusiya hər gün region üzrə 300–400 canlı qüvvə itirir, lakin bu itkiləri kompensasiya edəcək qədər ehtiyat qüvvə gətirə bilir.

"WSJ" qeyd edir ki, Sumı vilayətini saxlamaq Ukrayna ordusuna çox baha başa gəlir. 



Xəbərin oxunma sayı : 322




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap