![]() |
|














Bakıda xəncər və bita ilə silahlanan gənclər, havaya açılan atəş - Kütləvi davanın təfərrüatı
Tarix 12.05.25, 14:00 |
|

Səbail rayonu, Şıxov qəsəbəsində “Dostluq” restoranının yaxınlığında baş verən kütləvi davaya görə açılan cinayət işinin təfərrüatı məlum olub. Hadisə zamanı tərəflər bita, xəncər və odlu silahla silahlanıbmış. İki dəfə də havaya atəş açılıb.
Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxslər Nihad Xəlilov onun tanışları Neman Əfkarov, Ramil Dadaşov və Fuad Haqverdiyev olub.
Onlar birlikdə silah qismində istifadə olunan əşyalardan istifadə etməklə vətəndaşa qarşı zor tətbiq edərək, xuliqanlıq etməkdə və zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli biliniblər.
Belə ki, zərərçəkmiş Mirəhməd Sadıxov Ramil Dadaşovla mobil telefonla danışan zaman sonuncunun ünvanına nalayiq ifadələr işlətdiyi üçün Mirəhməd Sadıxovla Şıxovda yerləşən "Dostluq" restoranının yaxınlığında görüş təyin edib.
Mübahisənin səbəbi isə sosial şəbəkələrdə edilən paylaşım olub. Mirəhmədin dostları sosial şəbəkədə video paylaşaraq həbsdə olan “İbo” ləqəbli dostlarını təbrik ediblər, tezliklə azadlığa qovuşmasını arzulayıblar. Bu paylaşıma görə onlar polisə dəvət edilib və kriminal aləmə meyilli paylaşımlar etdikləri üçün xəbərdarlıq alıblar. Ramil də bu paylaşıma görə polisə çağırılmalarına görə onlara lağ edib. Bu söhbət böyüyüb və son olaraq Mirəhməd Ramilllə görüşərək məsələni “həll” etməyi qərarlaşdırıblar.
İstintaqla müəyyən edilib ki, görüş zamanı əvvəlcə Ramil Mirəhməd Sadıxovu ayağı ilə vuraraq yerə yıxdıqdan sonra o, silah qismində istifadə etdiyi bita ilə onun sifət nahiyəsinə bir dəfə zərbə vuraraq qəsdən sağlamlığa ağır zərər vurub, daha sonra Neman Əfkarov bıçağın arxa hissəsi ilə yerdə uzanıqlı vəziyyətdə olan Mirəhməd Sadıxovun baş nahiyəsinə qəsdən yüngül xəsarət yetirib.
Daha sonra isə Fuad Haqverdiyev Nemanın əlində olan bıçağı alaraq silah qismində istifadə etməklə eyni vəziyyətdə bıçağın arxa hissəsi ilə Mirəhmədin alın nahiyəsindən vurub. Nihad Xəlilov da öz növbəsində silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmişin qəsdən sağlamlığa ağır zərər vurub.
Fuad Haqverdiyev və Neman Əfkarova qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq), Ramil Dadaşova 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə), Nihad Xəlilova isə 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) vǝ 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Mirəhməd Sadıxov məhkəmə iclası zamanı təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.
Təqsirləndiriln şəxs Nihad ifadəsində deyib ki, tanışı Ramilin istəyi ilə taksi sürücüsü kimi hadisə yerinə gedib: “10 manat benzin vurdu. 10 manat da zəhmət haqqı kimi mənə verəcəkdi. Biz ora gedəndə Mirəhmədin yanında 15 nəfər olardı. Ramillə Mirəhməd kənara çəkilib söhbət edirdilər. Birdən Mirəhməd bıçaq çıxardı. Ramil badalaq vuraraq onu yerə yıxdı. Bıçaq yerə düşəndə Ramil götürüb arxa hissəsi ilə Mirəhmədin sifətinə vurdu. Biz oradan uzaqlaşanda iki dəfə atəş səsi eşitdim. Davada iştirak etməmişəm”.
Təqsirləndirilən şəxslər deyiblər ki, hadisə yerinə çatanda Mirəhməd tək olmayıb. Onunla birlikdə 15 nəfərə yaxın şəxsin olduğunu söyləyiblər. Onların iddialarına görə davadan sonra hadisə yerindən qaçarkən havaya iki dəfə də atəş açılıb. Təqsirləndirilən şəxslər hadisə yerindən uzaqlaşan zaman gəldikləri avtomobili gizlədərək hərə öz evinə gedib.
Tərəflər ifadələrində bıçaq və xəncərin qarşı tərəfdə olduğunu iddia ediblər. Təqsirləndirilən şəxslərdən Ramil Mirəhmədi vurduğu xəncəri onun əlindən aldığını deyib. Mirəhməd isə qarşı tərəfin soyuq silahlardan istifadə etdiyini bildirib.
Məhkəmə təqsirləndirilən şəxslərin ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini nəzərə alıb.
Təqsirləndirilən şəxslər barəsində həbslə bağlı olamayan qətimkan tədbiri seçilib. Məhkəmə istintaqı dövründə də azadlıqdan olan şəxslərə şərti cəza verilib.
Xəbərin oxunma sayı : 220
Kriminal
Xəbərlər
-
“JEK“lər ləğv olunur: əvəzində bu qurum işləyəcək
-
Prezident yeni qanunu təsdiq etdi - Sosial xidmətlərə nələr əlavə olunub?
-
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib - Film kimi cinayət
-
Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək - Bu dəfə 5 gün
-
Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq - FOTO
-
“Qadını suya atıb dondurmuşdular” - Başlıbeldə yaşananlar
-
Bankların pul “qoparmaq” oyunu - komissiya xidmətləri niyə bahalaşıb?
-
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? - FAKTLAR
-
3 manata satılan kabablar hansı ətdən hazırlanır? - VİDEO
-
“Hindistan və Pakistan hərbi liderləri atəşkəs danışıqları aparırlar” - KİV
-
İlham Əliyev Ərdoğanı təbrik etdi - PKK-nın özünü ləğv etməsinə görə
-
Tərtərdə dəhşətli qətl: kişi arvadını və əlaqədə olduğu ustanı öldürdü - TƏFƏRRÜAT
-
“Kür çayında səviyyənin artması subasmaya səbəb ola bilər“ - Coğrafiya İnstitutu
-
İcra başçısı özünə həsr olunan sənədli film çəkdirib? - VİDEO
-
Şəmkirin qaranlıq kəndlərində dolaşan “kabuslar“ - MƏHKƏMƏ
-
Azərbaycan və Somali arasında Memorandum imzalandı - Fotolar
-
Bəzi ərazilərdə leysan olacaq, dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış edib - FOTOLAR
-
Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə öldü - Masallıda faciə
-
Almaniyadan Rusiyaya sərt xəbərdarlıq: Atəşkəs olmazsa, sanksiyalar başlayır
-
Şirvanda 13 hektar ərazinin zəbt edilməsi böyüyür - Başçı çətin durumda
-
Bu Komissiyanın tərkibi dəyişdi - SİYAHI
-
“Qarabağ” gəlirlərini açıqladı - 34 milyon
-
Prezident onu yenidən rektor təyin etdi - Sərəncam
-
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO
-
ABŞ vətəndaşlığı olan İsrailli girov nə vaxt azad ediləcək? - HƏMAS açıqladı
-
“Şərurlu İsfəndiyar” axtarışa verilə bilər - Sabah məhkəməsidir
-
Kurban Berdıyev Qurban Qurbanovun baş məşqçisi olacaq - FOTO
-
“Türkiyə terrordan uzaq bir mühitin təsisi üçün bütün potensialı ilə çalışacaq“ - Fəxrəddin Altun
-
Mahayət Nəbiyevin qardaşı ölkədən nə qədər valyuta çıxarıb? - Məhkəməsi olacaq
-
Bakıda xəncər və bita ilə silahlanan gənclər, havaya açılan atəş - Kütləvi davanın təfərrüatı
-
Pekin və Vaşinqtondan böyük razılaşma: Gömrük rüsumları 100%-dən çox endirilir
-
28 May münasibətilə əfv fərmanı gözlənilir - 700-dən çox müraciət
-
Gəncədə yaşayış binasında partlayış - Ölən və xəsarət alan var
-
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır - Hərracda nə baş verir?
-
Özündən 24 yaş böyük sevgilisini narahat etdi - Həbs olundu
-
Kreditlərlə bağlı vacib xəbər: Faizlər bərabər bölünə bilər
-
Zaxarovadan şok iddia - Avropa liderləri narkotik istifadə edir? + VİDEO
-
“Yaşayış olan binamızda söküntü işləri gedir” - VİDEO
-
Nazir rəisi cəzalandırdı - Yerinə Əhmədovu təyin etdi
-
Rusyaya gedənlərə yeni maneə - 72 saat əvvəl bunu almalıdırar + VİDEO
-
Gecələr Bakını bir-birinə vuran motosikletçilərə - 15 sutka verildi
-
Fuad Nəcəfli Bəxtiyar Əsgərovu özünə müşavir təyin edir? - İDDİA
-
İcra başçısının 721 minlik planı... - Agentlik qarşısını aldı
-
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - TƏFƏRRÜAT
-
Ötən həftə 16 azyaşlı xilas olunub - VİDEO
-
PKK özünü ləğv etdi - Qondarma təşkilat bəyanat yaydı
-
Vətəndaşların bank kartlarından pul oğurlanıb - Xəbərdarlıq
-
Tanınmış bloqerlərin reklam etdikləri şirkətə etibar etdilər, aldandılar - VİDEO
-
DTX-dən xüsusi əməliyyat - Çox sayda terrorçu xaricdə ələ keçirilərək Azərbaycana gətirilib
-
Külək Ağcabədidə mağarı uçurdu, toy yarıda qaldı - VİDEO
-
Azərbaycanda illik ödənişi 9 min manat olan ixtisaslar var - VİDEO
-
Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
-
İstanbul danışıqları sülh razılaşmasının mümkün olub-olmadığını göstərəcək - Tramp
-
PKK terror təşkilatı ləğv olunur - Silahların təhvil verilməsi üçün komitə yaradılacaq
-
Ali məktəblərə keçid balları arta bilər - VİDEO
-
Əsli Lerikdəndir, amma ABŞ polisidir - Fotolar
-
“Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm” - Zelenski
-
“Bəzi məsələlərdə ABŞ ilə anlaşma əldə olunub“ - Abbas Əraqçi
-
“El-Klasiko“da fantastik oyun: 7 qol vuruldu
-
Prezidenti kövrəldən uşaqlar... - VİDEO
-
Nəfəs maşını insanların üzərinə sürdü, dava düşdü - VİDEO
-
Azərbaycanda toy etmək bəy və gəlin üçün 31- 64 min manata başa gəlir - Xərclərin siyahısı
-
“Tramp Avropanın Ukrayna ilə bağlı planını dəstəkləyir“ - Politico
-
FHN əhaliyə müraciət etdi - Hava ilə bağlı
-
“ABŞ-la danışıqlar çətin, lakin faydalı oldu“ - İran XİN
-
Otellərdə bir gecəlik qiymət - Şuşada 165, Laçında isə 63 manat olub
-
Türkiyə və Azərbaycan hərbçiləri Naxçıvanda təlimdə - Fotolar
-
İmtahan nəticələri nə vaxt elan olunacaq? - DİM-dən açıqlama
-
Dünya klublarının yeni reytinq cədvəli açıqlanıb - “Qarabağ” 10 pillə irəlilədi
-
Macarıstan Ukrayna ilə azlıqlar üzrə danışıqları təxirə saldı - Kiyev narahatdır
-
Britaniya kəşfiyyatında ilk - Rəhbər qadın olacaq
-
Ərdoğandan gözlənilən açıqlama gəldi - “Hazırıq”
-
Çay idxalı aşağı düşəcək: Qiymət qalxacaq? - VİDEO
-
Xudafərin körpüsündə qazıntı aparan İran vətəndaşları aşkarlandı - VİDEO
-
“Moskva sabahdan atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır“ - Zelenski
-
11 yaşlı uşağa qarşı əxlaqsızlıqda ittiham olunan Hacı Salman hadisədən əvvəl...- Sensasion fakt
-
Əlcəzair Fransanın casuslarını bir daha ölkədən qovdu - diplomatik qalmaqal böyüyür
-
Bakıda və rayonlarda yağış yağacaq - Sabahın havası
-
“Putinin danışıqlar təklifi ilk addımdır, lakin yetərli deyil“ - Makron
-
Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi - VİDEO
-
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
-
“Rusiya və Ukrayna üçün böyük həftə gəlir” - Tramp
-
Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu - Video
-
Bakıda köməkçi tikilidə yanğın - Ölən var
-
“Ərdoğandan bunu xahiş edirəm” - Vladimir Putin
-
“Düşmən əsassız müharibə aparmağa çalışdı, lakin biz layiqli cavab verdik“ - Şahbaz Şərif
-
Okean dibinin yalnız 0,001% -i öyrəniliib - Alimlər etiraf ediblər
-
Prezident onları ayaq üstə alqışladı - VİDEO
-
Bu gün imtahan var - 7 şəhər və rayonda
-
Nigar Camal 14 il sonra eyni libasda… - VİDEO
-
Mehriban Əliyeva Ağdam səfərindən görüntülər paylaşdı - VİDEO
-
“Qəzzada atəşkəsə nail olmağa çalışırıq“ - Mahmud Abbas
-
Biz bu qarşıdurmada qalib gəldik - Şahbaz Şərif
-
Prezidentin kövrəldiyi anlar - VİDEO
-
“Rusiya atəşkəs təklifini nəzərdən keçirəcək” - Peskov
-
Şuşadan Xankəndiyə kanat yolu olacaq - Prezident ilk dəfə açıqladı
-
“Taliban”dan daha bir qərar - Şahmat qadağan edildi
-
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
-
“Vətən müharibəsi həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir” - Prezident
-
Kür çayı məcrasından çıxdı: Sabirabad sakinləri çətin vəziyyətə düşdülər (VİDEO)
-
“Bizimlə bu gün hesablaşmayan sabah peşman olur” - Prezident İlham Əliyev
-
Ən bahalı 10 azərbaycanlı futbolçu - SİYAHI
-
“Hesab etdim ki, məhz bu gün burada olmalıyam” - İlham Əliyev
-
Evlərin qiyməti nə qədər bahalaşıb? - RƏSMİ
-
Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ
-
Prezident və birinci xanım Ağdam Muğam Mərkəzinin açılışında - Fotolar
-
“Rusiya atəşkəslə bağlı çağırışımıza məhəl etməsə...“ - Starmer
-
Heydər Əliyev siyasi irsinin təməl sütunları - Samir Nuriyev yazır
-
“İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək“ - Prezident
-
Tofiq Yaqubludan qərar - Aclıq aksiyasını dayandırdı
-
“Rusiyada istintaq hələ davam edir” - Ceyhun Bayramov
-
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Hindistan və Pakistan razılığa gəldlər - Atəşkəs barədə
-
“Təmaslarla bağlı Türkiyə və İsrail tərəfləri özü açıqlama verir“ - XİN başçısı
-
Şabranda avtomobil ağaca çırpılıb - İki qardaş ölüb
-
Prezident Kəngərli sakinləri ilə görüşdü - FOTOLAR
-
“Ukrayna ordusu dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib“- Rusiya MN
-
Sabirabadda Heydər Əliyevin xatirəsi yad edildi - FOTOLAR
TOP 10
ARXİV