![]() |
|














Gənc müğənni Dilarə Mahmudova: “Musiqi mənim üçün həyatın özü, nəfəs aldığım dünyadır”
Tarix 07.05.25, 13:32 |
|

Hər səsin bir ünvanı var. Bəziləri dərhal eşidilir, bəziləri isə kütlə səs-küyünün arasında itib gedir. Bu gün müasir Azərbaycan musiqisində yaranan gurultu içində bəzən o səslər eşidilmir, zövqlər qarışır, istedadlar isə kölgədə qalır. Amma gələcəyə ümid sonsuzdur. Çünki Azərbaycan musiqisində yeni adlar, yeni səslər doğulur. Biz də həmin səslərin izinə düşürük. Azərbaycan musiqisinə yeni nəfəs gətirən, amma hələ geniş auditoriya tərəfindən kifayət qədər kəşf edilməmiş gəncləri “525-ci qəzet”in yeni – “Səsin izi ilə” rubrikasında oxuculara təqdim edəcəyik. Hər şənbə bir gənc, bir səs, bir hekayə, bir ümid… Çünki istedad eşidilməyə layiqdir. Bu rubrika istedadın ünvanıdır.
Gənc, istedadlı və fərqli… Musiqi dünyasında bu üç xüsusiyyətə sahib olmaq, həm də onları ahənglə birləşdirmək hər kəsə nəsib olmur. Amma müsahibim – gənc müğənni Dilarə Mahmudova bu nəsibin içindədir. O, musiqi yoluna Azərbaycanda qədəm qoydu, burada ilk səhnə təcrübələrini yaşadı, daha sonra isə İtaliyanın Milan şəhərində musiqi təhsilini davam etdirərək sənətini Avropa məktəbi ilə cilaladı:
“Bülbül adına orta musiqi məktəbini bitirmişəm. Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında fortepiano üzrə təhsil almışam. Təhsilimi başa vurduqdan sonra bir müddət Bakıda incəsənət sferasının müxtəlif sahələrində işlədim. Hər zaman musiqi təhsilimin ən yüksək pilləsində olmağımı arzulayırdım. Tanrı arzumu eşitdi və 2016-cı ildə İtaliyanın Milan şəhərinə gedərək musiqi təhsilimi orada daha yüksək səviyyədə davam etdirmək şansı qazandım. Beləliklə, təhsilimi Music Art Shou Universitetində aldım. Ən parlaq və ən çox təcrübə topladığım dövr məhz həmin illərdən başladı. Biz orada rəqsləri, səhnə danışığını, düzgün oxu qaydalarını dərindən öyrəndik. Daha sonra estrada-vokal təhsili almağa qərar verdim. Beləcə, Milanda ikinci təhsilimi Nuova Accademia di Musica Moderna Universitetində davam etdirdim.
Mən Azərbaycanda klassik təhsil almışdım. Orada isə estrada-vokal və müzikl təhsili aldım. Təəssüf ki, bizdə hələ müzikl təhsili yoxdur. İtaliyada musiqi təhsili bizdən tamamilə fərqlənir. O universitetlərdə bizə təkcə ifanı deyil, hansı musiqiyə qulaq asmağı da öyrədirlər. Bu, bir ifaçı üçün çox vacib amildir. Dövrümüzün ən çox tələb olunan və aktual məsələsi efirlərdə və sosial şəbəkələrdə səslənən qeyri-peşəkar musiqilərdir ki, tamaşaçıları narazı salır. Səbəb də məhz həmin ifaçıların düzgün və əsl peşəkar musiqiləri dinləyərək şəxsi zövqlərini formalaşdırmamalarıdır. Şükürlər olsun ki, bu sahədə İtaliyada təhsil aldığım dövrdə zəngin bilik və təcrübə qazandım.Təxminən iki il öncə Azərbaycana qayıtdım və fəaliyyətimi, təhsilimi burada davam etdirirəm”.
Dilarə Mahmudova musiqiyə uşaqlıqdan vurğundur. Onun üçün musiqi təkcə sənət deyil, eyni zamanda həyat tərzidir. Dilarənin dünyasında musiqisiz bir gün belə təsəvvür edilmir. Məşhur bəstəkar, Əməkdar artist Gövhər Həsənzadə ilə onu birləşdirən əsas məqamlardan biri də məhz bu tükənməz musiqi sevgisidir. Bu sevgi onları sənətdə və düşüncədə ortaq bir platformada birləşdirir:
“Musiqi mənim üçün sadəcə bir sənət deyil – o, həyatın özü, nəfəs aldığım bir dünyadır. Düşünürəm ki, özümü ən yaxşı musiqi ilə ifadə edə bilirəm. Gənclərin ruhunu oxuyan və onlara çox qayğıkeşliklə yanaşan insan, beynəlxalq arenada peşəkarlıqla sözünü söyləmiş bəstəkarımız Gövhər xanım Həsənzadə ilə tanışlığımız çoxdan başlasa da, yaradıcı əməkdaşlığımız yeni qurulub. O, əvvəlcə səsimi və potensialımı dinlədi, məni hiss etdi və inandı. Elə bundan sonra mənə sözləri və musiqisi özünə aid “Səni axtarıram” adlı ilk mahnısını təqdim etdi. Bu mahnının ifası zamanı Gövhər xanımın mənə dediyi tək bir söz yaddaşıma həkk olundu: “Ürəklə oxu”. O deyirdi ki, mahnını dinləyərkən nə hiss edirsənsə, onu da səsində əks etdir – yəni səslə duyğunu birləşdir”. Tam da mənim illərlə aldığım təhsilin tələbini eşitdim. Və anladım ki, məni kəşf edən insan və illərlə mənimsədiyim bilik və təcrübəmi məndən təhvil alan pedaqoqum məhz Gövhər xanımdır. Çox həvəslə və güvənlə solo fəaliyyətimə başladım”.
İtalyan lirikasının incə ruhu, klassik vokal məktəbinin ciddi intizamı və Azərbaycan musiqisinin duyğusal dərinliyi – bu üç istiqamətin vəhdəti onun səsində, ifa tərzində hiss olunur. Dilarə lirikanı daha çox sevir, çünki söz və musiqi arasında yaranan incə tarazlıq ona daxili azadlıq verir. O, sadəcə oxumur, həm də danışır – musiqinin dili ilə, səmimi və tərtəmiz bir ifadə ilə:
“Mahnılar var ki, sadəcə rəqs etmək, mahnılar da var, düşünmək, hiss etmək, iç dünyana toxunmaq üçündür. Bu mahnını isə hiss etmək lazımdır. Doğrudur, ritmik mahnıları da sevirəm, amma düşünürəm ki, lirik mahnılar mənim ifamda daha təsirli və fərqli alınır. Çünki özüm də lirikanı daha çox sevirəm, bu musiqi məni daha yaxşı ifadə edir. İnşallah ki, mənim zənnimcə, dünyanın ən peşəkar və tələbkar dinləyicisi sayılan Azərbaycan tamaşaçısı ifamı müsbət dəyərləndirər. Əgər bu xoşbəxtlik mənə nəsib olsa, o zaman ifa etdiyim mahnılarımı remiks edərək gələcəkdə ritmik formatda da ifa edə bilərəm”.
İtaliyada qazandığı bilik və təcrübəni Azərbaycanda daha yüksək səviyyədə dəyərləndirə bilməsi üçün yaranacaq şəraiti səbirsizliklə gözləyən Dilarə Mahmudovadan ötrü musiqi sadəcə lokal sərhədlərlə məhdudlaşan sənət deyil. O, musiqiçinin inkişafında beynəlxalq təcrübənin vacib rol oynadığını düşünür. Fərqli ölkələrdə səhnəyə çıxmaq, müxtəlif musiqi məktəbləri və sənət mühitləri ilə tanış olmaq, sənətçiyə həm peşəkar baxışını genişləndirmək, həm də öz milli kimliyini daha dərindən dərk etmək imkanı verir. Dilarə bu təcrübəni bir körpü kimi görür – dünya musiqisinin zənginliyindən öyrənərək, onu Azərbaycan səhnəsinə yeni nəfəs kimi gətirmək niyyətindədir:
“Kaş o dönəm və şərait yaransın. Çox xoşbəxt olaram. Bütün texniki və elmi biliklərimi bölüşməyə və paylaşmağa hazıram.
Fikrimcə, gənc ifaçılar üçün beynəlxalq təcrübə son dərəcə vacibdir. Əgər sən musiqi ilə dərindən və peşəkar şəkildə məşğul olmaq istəyirsənsə, təkcə istedad kifayət etmir – bu yolda həm ciddi təhsil, həm də müxtəlif musiqi mühitlərində qazandığın təcrübə böyük rol oynayır. Mən hər zaman vətənimin dərin fəlsəfi və gözəl musiqisini, mədəniyyətini təbliğ etməyi özümə borc və şərəf bilmişəm. Belə ki, bir çox beynəlxalq tədbir və layihələrdə Azərbaycanımızı təmsil etmək etimadına layiq görülmüşəm.
Xüsusilə qeyd etmək istəyirəm ki, qoy bütün gənclərimiz bilsinlər: sənətdə ən yüksək pillə məhz dünyaya çıxışdır. Ən qürurlu və məsuliyyətli səhnə isə beynəlxalq arenada vətənini təmsil etməkdir. Buna görə də peşəkar təhsil və təcrübə zəruridir. Əlbəttə, istedadlı, amma rəsmi musiqi təhsili olmayan ifaçılar da var və onların arasında çox parlaq nümunələr mövcuddur. Lakin musiqidən nəzəri və texniki baxımdan xəbərsiz olmaq uzunmüddətli inkişafı əngəlləyə bilər. Bir müddət sonra sənətdə tükənmə baş verə bilər və ifaçı özünü yeniləmək əvəzinə, eyni üslubu təkrar etməyə başlayar. Peşəkar təhsil və beynəlxalq təcrübə isə sənətçiyə həm musiqi dünyasını daha geniş perspektivdən görmək, həm də özünü daim inkişaf etdirmək imkanı verir. Məncə, bu, gənc sənətçinin gələcəyini müəyyən edən əsas faktorlardan biridir.
Azərbaycan musiqisinin təməli olan və incəsənətimizin onurğa sütunu muğamımız öz silinməz möhürünü dünya mədəni tarixinə vurub. Bütün başqa musiqi janrlarımız bu sütun üzərində yaranır və yaradılır. Mən də bu sistemə qoşularaq layiqli musiqi daşıyıcılarından olmaq niyyətindəyəm. Yəni hansı janrda ifa etməyimdən asılı olmayaraq, milli kadr olmaq mənimçün dünyada individual və seçilən biri olmaq deməkdir artıq.
Düşünürəm ki, musiqi təkcə səs və melodiya deyil – o, həm də sözün daşıdığı mənadır. Mən musiqi ilə yanaşı, mətnə, yəni mahnının sözlərinə də böyük önəm verirəm. Təəssüf ki, bu gün bəzi ifalarda nə musiqi, nə də mətn istənilən səviyyədədir. Xüsusilə, sözlər çox zaman diqqətdən kənarda qalır və bu da mahnının bütövlüyünü pozur. Mən isə hesab edirəm ki, musiqi və söz bir-birini tamamlamalı, dinləyicidə həm emosional, həm də estetik təsir yaratmalıdır. Repertuar seçərkən də ilk növbədə bu uyğunluğa diqqət yetirirəm və gələcəkdə də bu prinsipə sadiq qalacağam. Çünki musiqi yalnız eşidilməli deyil – o, həm də hiss olunmalı, düşündürməlidir. Mən də Azərbaycan səhnəsində məhz bu yanaşmanı gücləndirməyə çalışacağam”.
Sonda…
Dilarə Mahmudova ilə söhbətimiz bir daha göstərdi ki, istedad təkcə səsdə deyil, düşüncədə, yanaşmada və musiqiyə olan münasibətdə gizlidir. O, səhnəyə sadəcə ifa etmək üçün yox, hiss etdiklərini ötürmək, dinləyicinin qəlbinə yol tapmaq üçün gəlir. İtaliyada qazandığı bilik və təcrübə onun sənətinə yeni nəfəs, fərqli baxış qatıb. İndi isə o, bu nəfəsi Azərbaycan musiqi mühitinə daşımaq üçün qayıdıb. Gənc, duyğulu və məqsədli bir səsin yolunu izləməyə dəyər – çünki bu yol səmimiyyətdən keçir, lirikanın içindən keçir.
Xəbərin oxunma sayı : 856
Maqazin
Xəbərlər
-
“Qazananlar şəhid ailələri və kürd qardaşlarımdır” - Ərdoğan
-
Bu məkanda qiymət 5 dəfə artdı – Şikayətlər dayanmır...
-
ABŞ PKK-nın ləğvini alqışlayıb - “Bu, sivilizasiya üçün qələbədir“
-
Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO
-
Sabah Bakının bu ərazilərində qaz olmayacaq - Xəbərdarlıq
-
Bakıda səs yazısı yayılan qalmaqallı direktor işdən çıxarıldı - RƏSMİ
-
“JEK“lər ləğv olunur: əvəzində bu qurum işləyəcək
-
Prezident yeni qanunu təsdiq etdi - Sosial xidmətlərə nələr əlavə olunub?
-
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib - Film kimi cinayət
-
Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək - Bu dəfə 5 gün
-
Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq - FOTO
-
“Qadını suya atıb dondurmuşdular” - Başlıbeldə yaşananlar
-
Bankların pul “qoparmaq” oyunu - komissiya xidmətləri niyə bahalaşıb?
-
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? - FAKTLAR
-
3 manata satılan kabablar hansı ətdən hazırlanır? - VİDEO
-
“Hindistan və Pakistan hərbi liderləri atəşkəs danışıqları aparırlar” - KİV
-
İlham Əliyev Ərdoğanı təbrik etdi - PKK-nın özünü ləğv etməsinə görə
-
Tərtərdə dəhşətli qətl: kişi arvadını və əlaqədə olduğu ustanı öldürdü - TƏFƏRRÜAT
-
“Kür çayında səviyyənin artması subasmaya səbəb ola bilər“ - Coğrafiya İnstitutu
-
İcra başçısı özünə həsr olunan sənədli film çəkdirib? - VİDEO
-
Şəmkirin qaranlıq kəndlərində dolaşan “kabuslar“ - MƏHKƏMƏ
-
Azərbaycan və Somali arasında Memorandum imzalandı - Fotolar
-
Bəzi ərazilərdə leysan olacaq, dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış edib - FOTOLAR
-
Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə öldü - Masallıda faciə
-
Almaniyadan Rusiyaya sərt xəbərdarlıq: Atəşkəs olmazsa, sanksiyalar başlayır
-
Şirvanda 13 hektar ərazinin zəbt edilməsi böyüyür - Başçı çətin durumda
-
Bu Komissiyanın tərkibi dəyişdi - SİYAHI
-
“Qarabağ” gəlirlərini açıqladı - 34 milyon
-
Prezident onu yenidən rektor təyin etdi - Sərəncam
-
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO
-
ABŞ vətəndaşlığı olan İsrailli girov nə vaxt azad ediləcək? - HƏMAS açıqladı
-
“Şərurlu İsfəndiyar” axtarışa verilə bilər - Sabah məhkəməsidir
-
Kurban Berdıyev Qurban Qurbanovun baş məşqçisi olacaq - FOTO
-
“Türkiyə terrordan uzaq bir mühitin təsisi üçün bütün potensialı ilə çalışacaq“ - Fəxrəddin Altun
-
Mahayət Nəbiyevin qardaşı ölkədən nə qədər valyuta çıxarıb? - Məhkəməsi olacaq
-
Bakıda xəncər və bita ilə silahlanan gənclər, havaya açılan atəş - Kütləvi davanın təfərrüatı
-
Pekin və Vaşinqtondan böyük razılaşma: Gömrük rüsumları 100%-dən çox endirilir
-
28 May münasibətilə əfv fərmanı gözlənilir - 700-dən çox müraciət
-
Gəncədə yaşayış binasında partlayış - Ölən və xəsarət alan var
-
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır - Hərracda nə baş verir?
-
Özündən 24 yaş böyük sevgilisini narahat etdi - Həbs olundu
-
Kreditlərlə bağlı vacib xəbər: Faizlər bərabər bölünə bilər
-
Zaxarovadan şok iddia - Avropa liderləri narkotik istifadə edir? + VİDEO
-
“Yaşayış olan binamızda söküntü işləri gedir” - VİDEO
-
Nazir rəisi cəzalandırdı - Yerinə Əhmədovu təyin etdi
-
Rusyaya gedənlərə yeni maneə - 72 saat əvvəl bunu almalıdırar + VİDEO
-
Gecələr Bakını bir-birinə vuran motosikletçilərə - 15 sutka verildi
-
Fuad Nəcəfli Bəxtiyar Əsgərovu özünə müşavir təyin edir? - İDDİA
-
İcra başçısının 721 minlik planı... - Agentlik qarşısını aldı
-
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - TƏFƏRRÜAT
-
Ötən həftə 16 azyaşlı xilas olunub - VİDEO
-
PKK özünü ləğv etdi - Qondarma təşkilat bəyanat yaydı
-
Vətəndaşların bank kartlarından pul oğurlanıb - Xəbərdarlıq
-
Tanınmış bloqerlərin reklam etdikləri şirkətə etibar etdilər, aldandılar - VİDEO
-
DTX-dən xüsusi əməliyyat - Çox sayda terrorçu xaricdə ələ keçirilərək Azərbaycana gətirilib
-
Külək Ağcabədidə mağarı uçurdu, toy yarıda qaldı - VİDEO
-
Azərbaycanda illik ödənişi 9 min manat olan ixtisaslar var - VİDEO
-
Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
-
İstanbul danışıqları sülh razılaşmasının mümkün olub-olmadığını göstərəcək - Tramp
-
PKK terror təşkilatı ləğv olunur - Silahların təhvil verilməsi üçün komitə yaradılacaq
-
Ali məktəblərə keçid balları arta bilər - VİDEO
-
Əsli Lerikdəndir, amma ABŞ polisidir - Fotolar
-
“Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm” - Zelenski
-
“Bəzi məsələlərdə ABŞ ilə anlaşma əldə olunub“ - Abbas Əraqçi
-
“El-Klasiko“da fantastik oyun: 7 qol vuruldu
-
Prezidenti kövrəldən uşaqlar... - VİDEO
-
Nəfəs maşını insanların üzərinə sürdü, dava düşdü - VİDEO
-
Azərbaycanda toy etmək bəy və gəlin üçün 31- 64 min manata başa gəlir - Xərclərin siyahısı
-
“Tramp Avropanın Ukrayna ilə bağlı planını dəstəkləyir“ - Politico
-
FHN əhaliyə müraciət etdi - Hava ilə bağlı
-
“ABŞ-la danışıqlar çətin, lakin faydalı oldu“ - İran XİN
-
Otellərdə bir gecəlik qiymət - Şuşada 165, Laçında isə 63 manat olub
-
Türkiyə və Azərbaycan hərbçiləri Naxçıvanda təlimdə - Fotolar
-
İmtahan nəticələri nə vaxt elan olunacaq? - DİM-dən açıqlama
-
Dünya klublarının yeni reytinq cədvəli açıqlanıb - “Qarabağ” 10 pillə irəlilədi
-
Macarıstan Ukrayna ilə azlıqlar üzrə danışıqları təxirə saldı - Kiyev narahatdır
-
Britaniya kəşfiyyatında ilk - Rəhbər qadın olacaq
-
Ərdoğandan gözlənilən açıqlama gəldi - “Hazırıq”
-
Çay idxalı aşağı düşəcək: Qiymət qalxacaq? - VİDEO
-
Xudafərin körpüsündə qazıntı aparan İran vətəndaşları aşkarlandı - VİDEO
-
“Moskva sabahdan atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır“ - Zelenski
-
11 yaşlı uşağa qarşı əxlaqsızlıqda ittiham olunan Hacı Salman hadisədən əvvəl...- Sensasion fakt
-
Əlcəzair Fransanın casuslarını bir daha ölkədən qovdu - diplomatik qalmaqal böyüyür
-
Bakıda və rayonlarda yağış yağacaq - Sabahın havası
-
“Putinin danışıqlar təklifi ilk addımdır, lakin yetərli deyil“ - Makron
-
Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi - VİDEO
-
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
-
“Rusiya və Ukrayna üçün böyük həftə gəlir” - Tramp
-
Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu - Video
-
Bakıda köməkçi tikilidə yanğın - Ölən var
-
“Ərdoğandan bunu xahiş edirəm” - Vladimir Putin
-
“Düşmən əsassız müharibə aparmağa çalışdı, lakin biz layiqli cavab verdik“ - Şahbaz Şərif
-
Okean dibinin yalnız 0,001% -i öyrəniliib - Alimlər etiraf ediblər
-
Prezident onları ayaq üstə alqışladı - VİDEO
-
Bu gün imtahan var - 7 şəhər və rayonda
-
Nigar Camal 14 il sonra eyni libasda… - VİDEO
-
Mehriban Əliyeva Ağdam səfərindən görüntülər paylaşdı - VİDEO
-
“Qəzzada atəşkəsə nail olmağa çalışırıq“ - Mahmud Abbas
-
Biz bu qarşıdurmada qalib gəldik - Şahbaz Şərif
-
Prezidentin kövrəldiyi anlar - VİDEO
-
“Rusiya atəşkəs təklifini nəzərdən keçirəcək” - Peskov
-
Şuşadan Xankəndiyə kanat yolu olacaq - Prezident ilk dəfə açıqladı
-
“Taliban”dan daha bir qərar - Şahmat qadağan edildi
-
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
-
“Vətən müharibəsi həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir” - Prezident
-
Kür çayı məcrasından çıxdı: Sabirabad sakinləri çətin vəziyyətə düşdülər (VİDEO)
-
“Bizimlə bu gün hesablaşmayan sabah peşman olur” - Prezident İlham Əliyev
-
Ən bahalı 10 azərbaycanlı futbolçu - SİYAHI
-
“Hesab etdim ki, məhz bu gün burada olmalıyam” - İlham Əliyev
-
Evlərin qiyməti nə qədər bahalaşıb? - RƏSMİ
-
Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ
-
Prezident və birinci xanım Ağdam Muğam Mərkəzinin açılışında - Fotolar
-
“Rusiya atəşkəslə bağlı çağırışımıza məhəl etməsə...“ - Starmer
-
Heydər Əliyev siyasi irsinin təməl sütunları - Samir Nuriyev yazır
-
“İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək“ - Prezident
-
Tofiq Yaqubludan qərar - Aclıq aksiyasını dayandırdı
-
“Rusiyada istintaq hələ davam edir” - Ceyhun Bayramov
-
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
TOP 10
ARXİV