“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Mülklərimi 10 milyona satıb, pulu bitkoində itirdim - Emin

Tarix 04.03.25, 17:31

Font ölçüsü : - / +
bitmap-img6


Şükürlər olsun ki, bu günə qədər reputasiyamı itirməmişəm. Düşünürdüm ki, mənim yalnız bir şansım var, bunu itirsəm, geri qazana bilməyəcəyəm. Çünki bircə səhv hamısını yox etməyə kifayətdir.

Bu sözləri xalq artisti və iş adamı Emin Ağalarov Yutubda yayımlanan “Milyarderin həyatında bir gün” layihəsinə müsahibəsində deyib.

Sənətçi həyatında üzləşdiyi ən böyük maliyə itkisindən danışıb:

“Ən böyük maliyyə itkimi xatırlayıram. Moskvadakı mülklərimi satdım və mənim əlimdə ilk dəfə öz pulum oldu. Məbləğ böyük idi: 10 milyon dollar. Onda kriptovalyuta ilə məşğul idim. Bitkoin də 60 min dollara yüksəlmişdi. 3-4 il əvvəl olmuşdu. Həmin o pullara kripto aldım. Hansı ki, ən bahalı vaxtı idi və bitkoin düşdü. Kobud şəkildə desək, sıfıra düşmüşdüm. Amma bitkoinlərimi verdim. Çünki pulum yox idi. Əgər onlar qalsaydı, indi daha böyük məbləğə verə bilərdim. Bu, mənim ən böyük uğursuzluğum idi. Amma sonra yenə kripto qazandım. Biznesdə o vaxt uğurlu olursan ki, onu özün idarə edirsən və bununla dərindən məşğulsan. Nə ki, asan idi, onunla məşğul oldum, uğur qazanmadım. Necə ki, 500 dollara alıb 100 minə kripto verirdim. Bu, mənə öyrətdi ki, hər şey üçün çalışmalısan. Allah həyatımı elə qurub ki, sən hər qəpiyinə qədər özün qazanmalısan, təsadüfən, rahat şəkildə o səndə olmayacaq. Çalışmalısan. Bununla razıyam. Belə olmayıb ki, birdən-birə başıma böyük məbləğdə pul tökülsün. Əgər tökülübsə də, dərhal o pulu xərcləmişəm. Çünki layihələr var idi ki, onları gerçəkləşdirmək üçün maliyyə lazım idi”./Olay



Xəbərin oxunma sayı : 1333




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap