Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Fəxri xiyaban, Şəhidlər xiyabanı, Zəfər parkı - Rəsmi protokol genişlənəcək?

Tarix 21.03.25, 20:09

Font ölçüsü : - / +
bitmap-img6


Son dövrlər ölkəmizə səfər edən dövlət başçılarının ziyarət etdiyi abidələr sırasına daha biri əlavə edilib. Belə ki, xarici dövlət və hökumət rəhbərləri Fəxri xiyaban və Şəhidlər xiyabanı ilə yanaşı, indi həm də Zəfər parkını ziyarət edirlər. Bəs başqa hansı abidələr ziyarət üçün rəsmi protokola əlavə edilə bilər?

Modern.az mövzu ilə bağlı deputatlar Nəsib Məhəməliyevin və Elman Məmmədovun fikirlərini öyrənib.

Nəsib Məhəməliyevin sözlərinə görə, Zəfər parkının rəsmi protokola salınması müsbət haldır:

"Ölkəmizə gələn dövlət rəsmilərinin bu abidəni ziyarət etməsi Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsi ilə tanışlıq deməkdir. Dövlət protokoluna əsasən, Ulu öndər Heydər Əliyevin Fəxri xiyabandakı məzarı ziyarət olunduqdan sonra Şəhidlər xiyabanına gedilir. Son vaxtlar əlavə olaraq Zəfər parkı da dövlət protokoluna daxil edilib. 
Əlavə olaraq hansısa abidənin bu proqrama daxil edilməsinin lazım olduğunu düşünmür və düzgün hesab etmirəm”.

Elman Məmmədov bildirib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra müxtəlif kateqoriyalardan insanlar Qarabağa səfərlər edirlər:
 
"Şuşamıza, Xankəndimizə, Ağdamımıza və digər rayonlarımıza insanlar səfərlər edirlər. Cənab Prezident 1 il əvvəl Xocalıda Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş kompleksin təməlini qoydu. Bu il isə həmin kompleksin tikilişi üçün 18.3 milyon manat pul ayrıldı. Həmin kompleks böyük ərazidə tikiləcək və içərisində həmin faciənin yad edilməsi üçün lazım olan hər şey yer alacaq. Xankəndidə də çox böyük bir ərazidə Zəfər parkı salınır. Belə bir abidə yəqin ki, Xocalıda da olacaq. Önümüzdəki 1 il ərzində bu abidələrin inşası başa çatdırılacaq. Azərbaycana səfər rəsmi nümayəndələr, turistlər həmin torpaqlara səfər edən zaman həmin komlkekslər onlara göstəriləcək”.



Xəbərin oxunma sayı : 832




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap