“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

BP-yə işə düzəltmək, icradan obyekt tikintisi üçün icazə - DƏLƏDUZLUQ İŞİ

Tarix 23.03.25, 20:19

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda iki nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. O, bir nəfəri də BP-də işə düzəldəcəyini vəd edibmiş.

Musavat.com xəbər verir ki, 34 yaşlı İlqarlı Məhəmməd Mirayif oğlu dələduzluqda ittiham edilərək hakim qarşısına çıxarılıb. O, iki nəfəri aldatmaqda ittiham edilib.

Məhəmməd İlqarlı əvvəlcə taksi sürücüsü kimi tanıdığı Cavid adlı şəxsi BP-də işə düzəldəcəyini deyərək ondan 5950 manat alıb.

Məhəmməd müştəri kimi Cavidin maşınına minib. Söhbət zamanı Cavid iş axtardığını deyib. Məhəmməd də onu işə düzəldə biləcəyini söyləyib. Əvvəlcə 12 min manat istəsə də sonradan 6 min manata razılaşıblar.

Bundan başqa Məhəmməd tanışı Elçinin qohumu olan Vəkil adlı şəxsi aldadıb. Belə ki, Vəkil qeyri-yaşayış sahəsinin dam örtüyünü düzəltdirmək istəyib. Məhəmməd buna görə Xətai Rayon İcra Hakimiyyətindən icazə ala biləcəyini deyib və ondan 6790 manat alıb.

Məhkəmə istintaqı zamanı məlum olub ki, Məhəmməd hər iki şəxsə dəymiş zərəri ödəyib. Onun ailə üzvləri hər iki zərərçəkmişin pulunu geri qaytarıblar.

İstintaq dövründə Məhəmməd İlqarlı barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Binəqədi Rayon Məhkəməsi M.İlqarlının törətdiyi əmələ görə 6500 manat cərimə edilməsi barədə hökm çıxarıb.



Xəbərin oxunma sayı : 631




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap