“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Babək prospektində bu yol hər an çökə bilər - VİDEO

Tarix 11.03.25, 22:58

Font ölçüsü : - / +
bitmap-img6


Sürətlə gələn avtomobillər yolda yaranmış çuxura düşür.

Xezerxeber.az xəbər verir ki, bəzi sürücülər isə əvvəlcədən çuxura görüb ondan yayınmağa çalışırlar ki, bu da qəza riski yaradır.

Görüntülər paytaxtın Nizami rayonu Babək prospektindəndir. Bir müddət əvvəl prospektdəki körpünün yaxınlığında su borusunda yaranmış nasazlıq aradan qaldırılıb və həmin ərazi yenidən asfaltlanıb. Sürücülər deyirlər ki, bir neçə gün aramsız qardan sonra həmin asfalt örtüyündə çökmə əmələ gəlib. Bu da avtomobillərin hərəkətində ciddi maneə yaradır.

Həmin yoldan istifadə edən sürücülər deyirlər ki, günün qaranlıq vaxtı bu ərazidə vəziyyət daha çətin olur.

Bənzər olmasa da, hər an təhlükə yaranan daha bir ərazi isə paytaxtın Xətai rayonu 8 Noyabr prospekindədir. Prospektin hava limanı istiqamətində, ``Gənclik`` parkı ilə üzbəüz hissəsində yolda iri çatlar əmələ gəlib. Yeni təmirdən çıxan həmin ərazidəki görüntü onu deməyə əsas verir ki, burada yol sürüşür.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik.

Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, Babək proskeptindəki çökən hissə tez bir zamanda təmir ediləcək. O ki, qaldı 8 noyabr prospektinə, bildirdilər ki, ora Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisləri baxış keçirəcəklər.

Səbəb bilinəndən sonra isə yoldakı problem aradan qaldırılacaq.






Xəbərin oxunma sayı : 1036




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap