![]() |
|














Arayik və digərlərin məhkəməsi davam edir - İttihamlar təsdiqlənir
Tarix 13.06.25, 14:55 |
|

Bu gün, iyunun 13-də Bakıda Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı davam edəcək. Proses Bakı Məhkəmə Kompleksinin inzibati binasında keçiriləcək. Cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin rəhbərliyi ilə baxılır. Hakimlər heyətində Anar Rzayev və Camal Ramazanov da yer alıblar. Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir. İyunun 12-də keçirilən prosesdə müttəhim Levon Mnatsakanyan prokurorun Azərbaycan ərazilərində minaların basdırılması barədə suallarını cavablandırıb. O, işğal olunmuş ərazilərdə piyada və tank əleyhinə minalar basdırdığını bildirib. Levon Mnatsakanyanın sözlərinə görə, ilkin mərhələdə Sovet İttifaqında istehsal olunmuş, sonrakı mərhələdə isə Rusiyadan alınıb Ermənistan vasitəsilə rejimə verilmiş minalar basdırılıb. “Son dövrlərdə Ermənistan Respublikasında da minalar istehsal olunurdu və bizə verilirdi”, - deyə o əlavə edib.
Qeyd edək ki, məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı çıxış edir. Məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin müvafiq Sərəncamı ilə qeyd olunan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsini həyata keçirəcək prokurorluq əməkdaşlarından ibarət qrup yaradılıb. Məhkəmədə dövlət ittihamını müdafiə edən şəxslər aşağıdakılardır:
Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Vüsal Əliyev
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi, II dərəcəli hüquqşünas Tuqay Rəhimli
Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə müşaviri Nəsir Bayramov
Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Fuad Musayev
Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, ədliyyə müşaviri Vüsal Abdullayev
Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Təranə Məmmədova
Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti aparatının rəhbəri Rüfət Məmmədov iştirak edir. Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.
Qeyd edək ki, Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robert təqsirləndirilən şəxs qismində cəlb olunublar. Baş prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, 2 may 2024-cü ildə Azərbaycan Baş prokurorunun qərarı ilə, 1987-ci ilin oktyabrından 2024-cü il, 22 aprel tarixinədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında araşdırılmış 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Baş Prokurorluğunun rəhbərliyi altında, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub. Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiyə cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunublar.
Onların hər birinin müdafiə, dil seçimi və digər prosessual hüquqları təmin edilib.
Habelə, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib, iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış edilib.
Eyni zamanda çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir.
Azərbaycan Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinənlərin, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir.
Cinayət işi üzrə ittiham aktı Azərbaycan Baş prokuroru tərəfindən 16 dekabr 2024-cü il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Xəbərin oxunma sayı : 832
Sosial
Xəbərlər
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - FOTOLAR
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
-
“Rusiya tərəfinin uydurduğu xəbər cəfəngiyyatdır“ - Seyfəddin Hüseynli
-
Tramp fərman imzaladı - Suriyaya qarşı sanksiyaları ləğv edildi
-
Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır - Fərman qüvvəyə minir
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm“ - Ərdoğan
-
Mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır - VİDEO
-
Uitkoff İranla müzakirələri davam etdirir - Ağ Ev
-
“NATO sammiti Ankarada keçiriləcək” - Ərdoğan
-
Arkadi Qukasyandan yeni ETİRAFLAR
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
"QayMaq Premium Qida" şirkətinin kərə yağından sellofan çıxıb - Video
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
-
Qızıl bazarında vəziyyət necədir? - VİDEO
-
Polisə müqavimət göstərən narkotacir zərərsizləşdirilib - DİN
-
Kəngərliyə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
“Bu halda sanksiyaları ləğv edəcəyəm” - Tramp
-
Ağdamda mina partladı - Polis əməkdaşı xəsarət aldı
-
Ölkəmizin enerji ixrac potensialının artırılması baxımından əhəmiyyətli olan layihə
-
“8 Noyabr“ Elektrik Stansiyasının açılışı ölkəmizin enerji tarixinə mühüm səhifə kimi yazıldı
-
Saxta teleqram kanalının məlumatı təxribatdır - RƏSMİ
-
8 ildir yeni bina sakinlərə nə təhvil verilir, nə də kirayə haqqı ödənilir - ŞİKAYƏT
-
“Əhliman Gənciyevi dubinka ilə döyüb, elektroşokla işgəncə veriblər“ - Vəkilin AÇIQLAMALARI
-
Ov tüfəngi ilə qaynanası, arvadı və baldızını vurdu... - Hadisənin DETALLARI
-
Yekaterinburqda 2 qardaşı öldürülən Seyfəddin Hüseynlidən yeni açıqlama - VİDEO
-
Bakı-Qəbələ qatarlarından istifadə edənlərin NƏZƏRİNƏ
-
Azərbaycan regional və qlobal enerji təhlükəsizliyində mühüm rola malikdir
-
Trampdan Maskla bağlı yeni açıqlama: “O, əla oğlandır”
-
Yekaterinburqda məhkəmə şousu başa çatdı - Kimlər həbs edildi? + FOTOLAR
-
Bir ildə 64 məktəb bağlanıb - Ekspertlərdən HƏYƏCAN TƏBİLİ
-
Çinə viza rejimi ləğv ediləndən sonra aviabiletlər bahalaşıb? - VİDEO
-
Ukrayna müharibəsi 2026-cı ilə qədər davam edə bilər - CNN
-
Özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - “Bir dur deyən yoxdur“
-
“Emerald” hotelində şok olay: Otağına çağırdığı qadın kişi çıxdı….
-
“Faşist Putin hakimiyyətini pisləyirik“ - Aygün Attar
-
Ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı
-
İcra başçısı-qadın sahibkar qalmaqalı: mülk dağıdanların milyonluq mülkləri - VİDEO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Azərbaycan parlamentinin nümayəndə heyətinin Rusiyaya səfəri ləğv edildi - RƏSMİ
-
“Vətən Bağı“ İB Naxçıvanda “Narkotikə yox“ layihəsinə start verdi - FOTOLAR
-
Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb - VİDEO
-
“Rusiyanın yay hücumu uğursuzluğa düçar olur“ - The Telegraph
-
Unudulmuş Nobel laureatı və sovet Rusiyası - Siqrid Unsetin acı müşahidələri
-
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir - VİDEO
-
Yekaterinburq məhkəməsi Akif Səfərovu həbs etdi - 22 günlük
-
Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv edilir - Rəsmi
-
Lənkəranda hadisə: İş adamı xəstəxanalıq oldu, saxlanılan var
-
FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir - DEPUTAT
-
Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Naxçıvanda ağır qəza: Məmur və ər-arvad öldü (FOTO)
-
“Makron və Merts sağlam düşüncələrini tamamilə itiriblər” - Lavrov
-
Eyni məhsul, kəskin qiymət fərqi: “Bahadırsa, almayın“
-
İran aylar ərzində uranın zənginləşdirilməsini bərpa edə bilər - Qrossi
TOP 10
ARXİV