“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Texpasport“da bu söz yazılıbsa... - DİQQƏT!

Tarix 21.05.25, 10:57

Font ölçüsü : - / +
bitmap-img6


Xarici ölkədən avtomobil gətirib Dövlət Yol Polisi İdarəsində ilkin qeydiyyata aldırarkən, qeydiyyat şəhadətnaməsinə "müvəqqəti" sözü yazılır. Qeydiyyat şəhadətnaməsində bu söz yazılmış avtomobili isə digər şəxsin adına keçirilməsinə icazə verilmir.

AzFakt.com avtosfer.az-a istinadla xəbər verir ki, avtomobilin qeydiyyat şəhadətnaməsində "müvəqqəti" sözünün yazılması qanunda nəzərdə tutulub. Lakin qeyd edilən bu söz ilkin qeydiyyata alınmış bütün avtomobillərə şamil edilə bilməz. Ümumiyyətlə "müvəqqəti" sözünün nəyə görə  yazıldığını izah edək. Sənədlərində bu söz yazılmış avtomobilin özgəninkiləşdirilməsi (digər şəxslərə satılması) qadağan edilir və 3 ay ərzində İnterpol vasitəsilə nəqliyyat vasitəsinin oğurluq olub-olmaması yoxlanılır. Amma ölkəyə gətirilmiş bütün avtomobillərə şamil edilməsi ona görə nəzərdə tutulmayıb ki, xarici ölkədən alınan avtomobil oradan rəsmi şəkildə qeydiyyatdan çıxarılır və ona rəsmi qaydada tranzit nömrə verilir. Əgər avtomobil oğurluq olsa xarici ölkənin qeydiyyat orqanı avtomobili qeydiyyatdan çıxarmaz və ona heç bir halda tranzit nömrə verməz. Onlar tranzit nömrə verərkən avtomobilin oğurluq olub-olmamasını, cinayətdə iştirak edib-etməməsini hər bir halda yoxlayırlar. Necə ki, bizim ölkədə kimsə digər şəxsə maşın satan zaman Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsində və şöbələrində sistem vasitəsilə bunu yoxladıqları kimi, xarici ölkənin qeydiyyat orqanları da bu məlumatları yoxlayıb qeydiyyat əməliyyatlarını həyata keçirirlər.

Bəs "müvəqqəti" sözü hansı halda yazıla bilər?

Bir şəxs xarici ölkədə sürdüyü maşını qeydiyyatdan çıxarmayaraq həmin ölkənin nömrəsi ilə Azərbaycana gətirir və burada sürür. Sonradan fikrini dəyişib Azərbaycanda qeydiyyata qoymaq istəyərkən, həmin avtomobili qeydiyyata alırlar və qeydiyyat şəhadətnaməsinə "müvəqqəti" sözü yazırlar. Bundan sonra isə İnterpol vasitəsilə həmin avtomobilin oğurluq olub-olmamsı, cinayətdə iştirak edib-etməməsi və ya üzərində hər hansısa bir axtarışın olub-olmaması araşdırılır.



Xəbərin oxunma sayı : 586




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap