“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Bayram gecəsi pulumu, qızıllarımı oğurlayıb evi də yandırıblar” - VİDEO

Tarix 25.03.25, 22:13

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, martın 21-də Bakının Nizami rayonu Elşən Süleymanov küçəsində 19 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yanğın hadisəsi baş verib. Bayram günü evi yanan kişi pulunun və qızıllarının oğurlandığını iddia edir.

AzFakt.com “APA TV”yə istinadən xəbər verir ki, ev sahibi Seyfəddin Cumerdov hadisə baş verən gün Şirvan rayonunda olduğunu bildirib.

Onun sözlərinə görə, yanğından sonra qızıl-zinət əşyalarını və pulları yerində tapmayıb: “Mən rayona getmişdim. Zəng etdilər ki, eviniz yanır. Yanğın hadisəsi də elə qızılın və pulun olduğu yerdə olub. Mən oğurluqdan şübhələnirəm. Qızıl və pulun olduğu rəfdəki köynəklər yanmayıb. Əslində onlar külə dönməli idi. Necə ola bilər ki?!”

S. Cumerdov oğruların evə eyvandan girməsindən şübhələndiyini də sözlərinə əlavə edib: “Hadisə gecə saatlarında olub. Hava da yağışlı idi. Çöldə adam olmayıb, tonqal yandırılmayıb. Buna görə də girmək çox rahat olub deyə düşünürəm. Yanğından sonra qızıl və puların olduğu yerə baxmışıq. Orada nə pulun çantasına, nə də qızılın qabına aid hələ ki hər hansı bir detal tapmışıq”. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, hadisə barədə polisə müraciət daxil olmayıb. Vətəndaşın müraciəti daxil olduğu təqdirdə qeyd olunan iddiaya hüquqi qiymət veriləcək. 

Qeyd edək ki, hadisə yerinə ekspertlər baxış keçirib. Yanğının dəqiq səbəbi ekspertizanın nəticələrindən sonra bəlli olacaq.




Xəbərin oxunma sayı : 1195




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap